ABŞ İrana hərbi müdaxilə edərsə nə Çin, nə də Rusiya bunun qarşısını ala biləcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fundamental səbəblər aradan qalxmadıqca İrana qarşı hərbi əməliyyatlar ehtimalı yüksək olaraq qalacaq. Hazırda bölgədə çox sıx hərbi hərəkətlilik müşahidə olunur. Birləşmiş Ştatlar Yaxın Şərqə hər gün yeni qüvvələr və hərbi avadanlıqlar göndərir. Bunların içində F 35, F 22 kimi 5-ci nəsil döyüş təyyarələri, eyni zamanda AWACS - lar yer alır. Bu qədər hərbi yığınaq mümkün nəticələrə hesablanmış gedişlərdir.
Reallıq ondan ibarətdir ki, ABŞ İrana hərbi müdaxilə edərsə nə Çin, nə də Rusiya bunun qarşısını ala bilməyəcək. Baxmayaraq ki, Pekin bu məsələdə olduqca aktivdir və mütəmadi olaraq Çinə məxsus hərbi nəqliyyat təyyarələri Tehrana eniş edir. Ancaq bütün bunlar ABŞ qarşısında tab gətirməyə kifayət etməz.
Tehran üçündə vəziyyət xeyli mürəkkəbdir. Ölkə iqtisadiyyatı çökmüş vəziyyətdədir. Milli valyuta kəskin dəyər itirir və özünün anti-rekortunu yeniləyir. Onsuzda xalq ağır sosial vəziyyətdən narazıdır. Mövcud qeyri-müəyyən situasiya insanları daha da qıcıqlandırır.
Buna baxmayaraq ortada bir tərəddüd olduğunu da müşahidə edirik. Vaşinqton qərar verməkdə tələsmir. Səbəblər sadə, nəticələr isə xaotikdir. İran 85 milyondan çox əhalisi olan bir dövlətdir. Rejimə bağlı fanat ordusu var. Onlar çox asanlıqla təslim olmaz. Yəni, İran nə İraq, nə də Suriya deyil. İllərdir ABŞ - a qarşı propaqandalar aparılır və həmin propaqandalar həqiqətən xalqa təsir edib. Təbii ki, hadisələrin yekunun zaman göstərəcək. Amma nəticə etibarilə, heç bir region ölkəsi İrana qarşı müharibənin mənfi təsirlərinə hazır deyil.
Pərviz Mirizadə, siyasi şərhçi
Bu mövzuda digər xəbərlər:ABŞ hədələdi: Rusiya, Çin, İrana görə müdaxilə edəcəyik
19 Dekabr 2024 17:17
ABŞ İrana müdaxilə edərsə, bundan ən çox itirən Rusiya olacaq...
13 Yanvar 2026 17:42
Amerika Birləşmiş Ştatları İrana hərbi müdaxilə edərsə, Rusiya və Çin bunu kənardan izləməklə kifayətlənməyəcək
25 Fevral 2026 14:33
Nə ABŞ nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var ŞƏRH
14 Oktyabr 2025 05:13
ABŞ Qrenlandiyaya hərbi müdaxilə edərsə, Rusiya Kırıma və Çin də Tayvana qarşı eyni yol u izləyə bilər
22 Yanvar 2026 17:06
Baxış sayı:163
Bu xəbər 21 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















