Icma.az
close
up
RU
Nə ABŞ nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var ŞƏRH

Nə ABŞ nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiqdir. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Nazirliyin mətbuat konfransında deyib. İ.Bəqayi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İran yeni şəraitdə konstruktiv əməkdaşlıq mühiti yaratmağa çalışıb: “Lakin təəssüf ki, üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya, Fransa) bu xoşniyyətli yanaşmadan faydalanmayıblar. İran əvvəlcədən bəyan etmişdi ki, ölkəmizə qarşı istənilən düşmənçilik addımı, o cümlədən ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş cəhdlər, Qahirə anlaşmasının icrasını qeyri-mümkün edəcək”.


Qeyd edək ki, bir müddət əvvəl İran və AEBA arasında Misirin paytaxtı Qahirədə razılaşma əldə olunub. Lakin İrana qarşı Avropa sanksiyalarının bərpasından sonra rəsmi Tehran bu razılaşmanın mənasını itirdiyini bildirib.


Mövzuyla bağlı Sherg.az-a danışan Milli Cəbhə Partiyası sədrinin müavin, siyasi ekspert Tural İrfan İranın Qərblə, ABŞ ilə əsas probleminin nüvə silahı ilə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, İsrail nüvə silahı ehtimalını əsas tutaraq İrana qarşı addımlara təhrikçi rol oynayır: 


“Lakin İranla bağlı problemin kökü onun Yaxın Şərqdə bəzən ABŞ və İsrailin maraqlarına zidd addım atmasıdır. Vaxtilə İraqda da nüvə silahının olmasını bəhanə edərək işğal etdilər. İran, əslində, nüvə silahı hazırlamaq niyyətinin olmadığını deyir, ancaq təhdidlərin artdığını görüb sanki nüvə silahı hazırlamaq niyyətinə düşmək istəyir. Yaxud bununla ABŞ və İsrailə hədə-qorxu gəlmək istəyir. Avropa ölkələrinin yeni sanksiyaları təzələməsi isə İranın teokratik rejiminə qarşı yönəlmiş addımdır. Çünki hazırkı rejimin əlində nüvə silahı daha təhlükəli ola bilər. İran ümumiyyətlə, qarşıdurmadan çəkinir, konstruktiv siyasi mövqe sərgiləmək istəyir. Bu, əsasən İran prezidentinin mövqeyidir. Qərb isə anlayır ki, İranda əsas söz sahibi dini dairələrdir və onlar da əsla güzəştə getmək fikrində deyillər. Odur ki, ləğv edilmiş qətnamələri yenidən gündəmə gətirməklə həm də İsrailin maraqlarını düşünürlər. İranın yenidən Qəzzada öz rıçaqlarını işə salma ehtimalı böyükdür. Hizbullah və Ənsraullah fəaliyyətdədir və istənilən vaxt Yaxın Şərqdə dünyanın siyasi gedişatını dəyişə biləcək hadisələr törətməyə qadir gücə sahibdir. Burada artıq Qəzza anlaşmasına görə Husilərin də Qırmızı dənizdə gəmilərə hücumu dayandırdıqlarını elan etməsinin də rolu var. Çünki bu quruluşlar birbaşa İran tərəfindən idarə olunur”.


T.İrfanın sözlərinə görə, İranın məhz bu mövqeyinə görə hazırda təzyiqləri ABŞ-nin özü deyil, Avropa dövlətləri edir: 

“Hazırda nə ABŞ-nin, nə də Avropa dövlətlərinin İrana hərbi müdaxilə niyyəti var. Əslində, İsrailin də yoxdur, lakin təhdid etməklə Yaxın Şərqi qaynar vəziyyətdə saxlamaq istəyir. Əgər Yaxın Şərq qaynamasa, sabitlik olsa, İsrail əsla əsas məqsədlərinə çata bilməz. İranın İsraili təhdid etməsi İsrailin bir çox maraqlarına uyğundur. Odur ki, Qərb dövlətlərinin İrana qarşı nüvə mövzusu, əslində, İranın, İsrailin maraqlarına toxunmamağa çağırışdır. Əgər İran hazırda Qərbin Qəzzada həyata keçirilən tədbirlərinə maneə yaratmasa, nüvə mövzusu yenidən arxivə göndərilə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Oktyabr 2025 05:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri