Icma.az
close
up
RU
“ABŞ İrana hücum etsə, Azərbaycan bu böhranla üzləşəcək” DƏHŞƏTLİ SSENARİ KONKRET

“ABŞ İrana hücum etsə, Azərbaycan bu böhranla üzləşəcək” DƏHŞƏTLİ SSENARİ KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu barədə “CNN” məlumat yayıb. Məlumata görə, İranın ali lideri Əli Xomenei ölkənin Silahlı Qüvvələrininin yüksək hazırlıq vəziyyətinə gətirilməsi ilə bağlı göstəriş verib. Bəs görəsən, bu, ABŞ və İran arasında müharibənin başladığını deməyə əsas verirmi? Müharibə olsa, bu, regiona, xüsusən də Azərbaycana necə təsir göstərəcək?

Mövzunu KONKRET.az-a politoloq Asif Nərimanlı şərh edib:

“İran ordusunun hazır vəziyyətə gətirilməsi, müharibənin başlanması demək deyil. Bu, iki məqsədə hesablanıb. Birincisi, mümkün hərbi müdaxiləyə hazırlıq xarakteri daşıyır. Bununla İran mesaj verir ki, ABŞ-a tabe olmayacaq və sona kimi döyüşəcək. Amma indiki halda müharibənin başlanacağı real deyil. Çünki bu, Tramp administrasiyasının siyasətinə uyğun gəlmir. Tramp münaqişələrin və müharibələrin dayandırılması vədi ilə hakimiyyətə gəlib. Hazırda Ukraynada bunu etməyə çalışır. Digər tərəfdən, daha çox iqtisadi maraqlar və qazanc üzərində siyasət aparmaq niyyətindədir. Odur ki, İranda müharibəyə başlamaqla iqtisadi itkilərlə üzləşmək istəmir. Müharibə ehtimalını gündəmə gətirməsi isə Tehrana təzyiq xarakteri daşıyır. Bununla da İranı nüvə sazişinə razı salmağa çalışır. Hesab edirəm ki, hərbi variant son ana qədər tətbiq edilməyəcək. Hərçənd gərginlik davam edə bilər. İranın yeni nüvə müqaviləsinə razılaşması da mümkündür. Çünki İran zəifləyib və hərbi müdaxilə ilə üzləşmək istəmir. Ancaq eskalasiya genişlənsə, bu, regiona və Azərbaycana ciddi təsir göstərəcək. Çünki Güney Azərbaycandakı soydaşlarımızın təhlükəsizliyi gündəmə gələcək. Müharibə qaçqın axını ilə nəticələnə və humanitar böhrana yol aça bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri