Icma.az
close
up
RU
ABŞ ın İrana hücumu başlayır Üç dəhşətli ssenari ŞƏRH

ABŞ ın İrana hücumu başlayır Üç dəhşətli ssenari ŞƏRH

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


"ABŞ Prezidenti Donald Trampın “NBC News” televiziya kanalına müsahibəsində “əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək görmədikləri bombardman olacaq” sözləri beynəlxalq aləmdə geniş əks-səda doğurub. Tramp o prezidentlərdəndir ki, dediyini eləməyə çalışır".

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İrana qarşı həmlə müxtəlif variantlarda həyata keçirilə bilər:

"ABŞ Trampın söylədiyi kimi, İranın hərbi mərkəzlərinə bir neçə zərbə endirəcək. İkinci variant odur ki, İsrail Vaşinqtonun qərarını gözləmədən hədəflənən hərbi mərkəzlərə zərbə endirəcək. Başqa bir variant isə ABŞ-İsrail cütlüyünün İrana qarşı birgə hərbi plan həyata keçirməsidir".

E.Şahinoğlunun sözlərinə görə, İrandakı rejim bu variantların hər birinə hazırlaşmaq məcburiyyətindədir:

"İrana qarşı hərbi variantlardan hər birinin ona qonşu olan Azərbaycana və Ermənistana da təsirləri olacaq. Ermənistan mümkün müharibənin nəticəsi olaraq İrandakı rejimin dəyişməsini istəmir. İrəvanda düşünürlər ki, İranda rejim dəyişikliyi Tehranın İrəvanla ittifaqına mənfi təsir edəcək və bu durum Azərbaycanın xeyrinə olacaq.

Azərbaycan İrana qarşı mümkün hərbi əməliyyatdan qonşu ölkədəki mülki insanların zərər görməsini istəmir, çünki Qəzzadakı və ya Suriyadakı olayların İranda təkrarlanması ehtimalı bölgədə böyük təlatümlərə - humanitar böhrana səbəb olacaq. Əsas suallardan biri də budur:

İrana qarşı hərbi əməliyyatlar bu ölkədə yaşayan müxtəlif millətlərin Tehrana qarşı üsyanına rəvac verəcək, yoxsa 1980-1988-ci illərdə İraqla müharibə dönəmində olduğu kimi, İranda yaşayan xalqların ümumi düşmənə qarşı mobilizə olmasına rəvac verəcək? Bunu indidən söyləmək çətindir. ABŞ və İsrailin hava zərbələləri nəticəsində mülki insanlar arasında itkilər artarsa, Tehran və Qum hamını ümumi düşmənə qarşı mobilizə etməyə çalışacaq. Tərsi də mümkündür. Misal üçün Qəzzanın yaxın tarixində ilk dəfə şəhər sakinləri HƏMAS qruplaşmasına qarşı etirazlara başlayıblar. Çünki Qəzza sakinlərinin bir qismi hesab edir ki, HƏMAS il yarım əvvəl İsrail ərazisinə hücum etməsəydi və sonradan tərkİ-silaha razılaşsaydı, bugünkü faciələr yaşanmazdı. Eyni ilə İran ABŞ və İsrailin raket zərbələrinə tuş gələrsə, qonşu ölkədə yaşayan insanların bir qismi düşünəcək ki, Tehran nüvə çalışmalarından imtina etsəydi və ətraf ölkələrdəki silahlı qruplara maliyyə və silahlı dəstək verilməsəydi, gərgin vəziyyət yaranmazdı.

Vaşinqton İranda rejim dəyişikliyinə çalışır, böyük ehtimalla bu ölkənin parçalanmasında marağı yoxdur. İsrail isə əksinə hər ikisində maraqlı ola bilər. Vaşinqtonun istəyindən asılı olmayaraq, raket zərbələri nəticəsində İranda 1979-cu ildə formalaşan rejim dəyişərsə, qonşu ölkənin bütövlüyünü qorumaq çətin olacaq".


Zaur,BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Mart 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri