ABŞ İrana hücuma hazırlaşır? Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələri (AFCENT) ABŞ-İran gərginliyinin artdığı bir vaxtda bölgədə geniş miqyaslı hərbi təlimə start verir.
Mia.az xarici məbuata istinadla xəbər verir ki, bu barədə CENTCOM açıqlama yayıb.
Bildirilib ki, AFCENT ABŞ döyüş hava gücünün nümayiş etdirmək üçün CENTCOM-un məsuliyyət zonasında "çoxgünlük" - yəni, qeyri-müyyən müddətə hərbi təlim keçirəcək: "Təlim hərbi elementlərin və şəxsi heyətin yerləşdirilməsi potensialını artırmaq, regional tərəfdaşlığı gücləndirmək və CENTCOM daxilində çevik cavab imkanlarına hazırlıq məqsədilə nəzərdə tutulub. Təlim çərçivəsində komandalar çoxsaylı bölgələrdə sürətli yerləşdirmə, uçuş və geri qayıtma prosedurlarını icra edəcək, eni zamanda, onlara dəstək prosesi yerində sınaqdan çıxarılacaq"
Maraqlı budur ki, bu açıqlama ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi variantların nəzərdən keçirilə biləcəyi barədə sözlərindən saatlar spnra verilib.
CNN-in məlumatına görə, ABŞ hələlik İrana hərbi müdaxilə ilə bağlı yekun qərarı verə bilmir.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Yanvar 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















