ABŞ İrana növbəti hücuma hazırlaşır iddiası Yaxın Şərqdə hərbi təyyarələr yerləşdirilir
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerika Birləşmiş Ştatları havada yanacaq dolduran və ağır hərbi nəqliyyat təyyarələrinin Yaxın Şərqdə geniş arealda yerləşdirilməsinə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail mediası OSINT özəl mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, aviapark həm Birləşmiş Ştatlarda, həm də Böyük Britaniyada yerləşən ABŞ hava bazaları hesabına təşkil olunur.
Bu arada "Times" xəbər verir ki, yanvarın 3-dən etibarən ən azı 14 "C-17 Globemaster" nəqliyyat təyyarəsi və iki silahlanmış "AC-130J Ghostrider" helikopterindən ibarət donanma Kral Hərbi Hava Qüvvələrinin Saffolk və Qlosterşirdəki üç bazasına enişlər edib.
Qəzetin yazdığına görə, "Globemasters"in göyərtəsində xüsusi əməliyyatlar üçün istifadə olunan ən azı beş "MH-60M Black Hawk" və bir "MH-47G Chinook" helikopteri ola bilər.
Britaniya Müdafiə Nazirliyi məlumata şərh verməkdən imtina edib. Pentaqondan da rəsmi cavab olmayıb.
Analitiklər Amerika hərbi qüvvələrinin bu hərəkətlənməsini İrana qarşı yeni hücuma hazırlıq kimi qiymətləndirirlər. Oxşar hadisə ABŞ-nin ötən ilin iyununda İslam Respublikasının nüvə obyektlərinə zərbələr endirməsindən əvvəl də baş vermişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 07 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















