Icma.az
close
up
RU
ABŞ İrana peyklə baxmağı qadağan etdi Müharibə üzərinə sirr pərdəsi çəkilir

ABŞ İrana peyklə baxmağı qadağan etdi Müharibə üzərinə sirr pərdəsi çəkilir

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın nəhəng peyk texnologiyaları şirkəti "Planet Labs" hökumətin birbaşa tələbi ilə İran və Yaxın Şərqdəki digər münaqişə zonalarına dair yeni peyk görüntülərinin dərcinə qeyri-müəyyən müddətə qadağa qoyub.

"Ölkə.az" xəbər verir ki, bu qərar 2026-cı ilin aprel ayında — müharibənin ən kritik mərhələsində əməliyyat təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

Əvvəllər "Planet Labs" görüntüləri 14 günlük gecikmə ilə təqdim edirdisə, artıq müharibə başa çatana qədər İrandakı hərbi obyektlər, vurulan bazalar və qoşun yerdəyişmələri barədə təzə kadrlar ictimaiyyətə açıqlanmayacaq.

Ağ Ev və Pentaqon hesab edir ki, yüksək keyfiyyətli peyk görüntüləri İranın kəşfiyyat orqanlarına (SEPAH) ABŞ və İsrailin zərbələrinin nəticələrini qiymətləndirməyə və növbəti hücumları planlaşdırmağa kömək edə bilər.

Bu qərar xüsusilə son günlərdə "Tasnim" agentliyinin "F-16 vurulub" yalanını peyk qalıqları ilə ifşa edən müstəqil OSINT (açıq mənbə kəşfiyyatı) analitiklərinin işini tamamilə iflic edəcək. Artıq Tehranın yaydığı vizual dezinformasiyaları müstəqil şəkildə yoxlamaq qeyri-mümkün olacaq.

Qadağa yalnız İranı deyil, həm də İraqın bəzi hissələrini, Livanı və son günlərdə hücuma məruz qalan Küveytin neft obyektlərini də əhatə edir.

Ekspertlər bunu kosmik texnologiyalar dövründə tətbiq edilən ən sərt hərbi senzura nümunəsi kimi qiymətləndirirlər. Şirkət rəhbərliyi bildirib ki, qərar "müttəfiq qüvvələrin təhlükəsizliyini qorumaq üçün zəruridir".

Qeyd olunur ki, peyk görüntülərinin bloklanması həm də ABŞ-ın İrana qarşı hazırladığı genişmiqyaslı "aprel əməliyyatı"nın (quru qoşunlarının sızması və s.) hazırlıqlarını gizlətmək məqsədi daşıyır. Bu addım eyni zamanda İranda edam edilən siyasi məhbusların kütləvi basdırıldığı yerlərin və dağıdılan mülki infrastrukturun beynəlxalq ictimaiyyətdən gizlədilməsi riskini də yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 Aprel 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri