Icma.az
close
up
RU
ABŞ İranda yaşayış evinə 1 tonluq AVİABOMBA ATDI

ABŞ İranda yaşayış evinə 1 tonluq AVİABOMBA ATDI

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Ordusu İrana aid Qeşm adasında yaşayış evinə hava zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti şənbə günü video, foto və peyk təsvirlərinin təhlillərinə istinadən məlumat yayıb.

İran mediasının verdiyi xəbərə görə, zərbədən sonra iki nəfər dağıntılar altında qalıb, lakin daha sonra onlar tapılaraq xəstəxanaya çatdırılıblar.

"ABŞ cümə günü Qeşm adasında bir ailənin evinə güclü bomba ilə zərbə endirib", - deyə xəbərdə bildirilir.

İran hakimiyyətinin verdiyi məlumata əsasən, hücum nəticəsində ailə başçısı, həyat yoldaşı və onların iki yaşlı oğlu həlak olub, digər iki uşaq isə dağıntılar altından sağ çıxarılıb.

"Kraterin ölçüsü və sursatın qalıqları təxminən 900 kiloqram çəkisi olan "Mark-84" bombasından istifadə edildiyini göstərir. Bu, ABŞ ordusunun arsenallarında olan ən iri adi aviabombalardan biridir", - deyə məlumatda qeyd olunur.

Qəzet yazır ki, bu hadisə ABŞ-ın İrandakı hərbi əməliyyat zamanı hansı hədəfləri vurduğu və nə üçün bu qədər güclü sursatlardan istifadə etdiyi ilə bağlı suallar doğurur.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Tim Hokins baş verənlərlə bağlı araşdırma aparıldığını bildirib:

"Biz bu məlumatlardan xəbərdarıq və onları öyrənirik. ABŞ hərbçiləri heç vaxt mülki şəxslərə zərbə endirmir", - deyə onun sözləri məqalədə sitat gətirilir.

Təhlillər göstərir ki, dağıntılar və zədələnmiş nəqliyyat vasitələri bir neçə metr aralıda tapılıb və İran hakimiyyəti təxminən 20 evə ziyan dəydiyini bildirib.

"Zərbə adanın Hörmüz boğazında yerləşən sıx məskunlaşmış rayonuna endirilib", - deyə məlumatda vurğulanır.

Nəşr qeyd edir ki, aparılan təhlillər nəticəsində məhv edilmiş evin yaxınlığında hər hansı İran hərbi obyektinə rast gəlinməyib.

ABŞ prezidenti Donald Tramp iyulun 8-də bildirib ki, iyunun 18-nə keçən gecə İranla əldə olunmuş atəşkəs artıq qüvvədə deyil. ABŞ hərbçiləri iyulun 8-dən bəri İrana qarşı bir neçə zərbə dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı bunun Tehranın Hörmüz boğazını keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini bildirib.

İran hərbçiləri isə Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ bazalarına zərbələr endirməklə cavab veriblər. Tehran həmçinin Vaşinqtonu hərbi əməliyyatların dayandırılması haqqında memorandumun şərtlərini pozmaqda ittiham edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri