Rusiya Ukraynaya 7 günə 1 100 aviabomba atdı
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Rusiya cari həftə ərzində Ukraynaya qarşı 1 600-ə yaxın zərbə pilotsuz uçuş aparatı, 1 100-ə qədər idarəolunan aviabomba və üç raketdən istifadə edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz teleqram kanalında yazıb.
O qeyd edib ki, zərbələr xüsusilə Nikolayev vilayətinin enerji infrastrukturuna, eləcə də Dnepropetrovsk, Odessa, Sumı, Xerson və Donetsk vilayətlərinə endirilib.
"Bu gün Xersonda avtobusa FPV dronu ilə endirilən zərbə nəticəsində xəsarət alan yeddi nəfər zəruri tibbi yardım alır. Təəssüf ki, iki nəfər həlak olub. Hücum zamanı yaralananların hamısı mülki şəxslərdir", - Ukrayna Prezidenti yazıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 02 May 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















