ABŞ İrandakı əməliyyatlar zamanı həyati əhəmiyyətli sursat ehtiyatlarını TÜKƏTDİ
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ-nin İran əleyhinə hərbi əməliyyatları başlayandan bəri ölkənin illərdir ehtiyatda saxladığı vacib sursatları tükənmək üzrədir.
Redaktor.az xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.
Bildirilib ki, arsenalın sürətlə tükənməsi arasında "Tomahawk" qanadlı raketlərinin ehtiyatları da yer alır.
Mənbələrə görə, “"Tomahawk" raketləri böyük xərc tələb edir… Hərbi Dəniz Qüvvələri bu xərclərin təsirini gələcək illərdə də hiss edəcək”.
Hərbi xərclərin artması ABŞ administrasiyasına təzyiqi artırır. Belə ki, İran və İsrailə qarşı birgə əməliyyatlar Hörmüz boğazından keçən gəmilərin hərəkətinə çətinlik yaradıb və neftin barel qiymətinin 100 dollardan yüksək olmasına səbəb olub.
Qeyd edilib ki, yaxın günlərdə Pentaqon Ağ Evə və Konqresə əlavə müdafiə xərcləri üçün 50 milyard dollara qədər rəsmi sorğu təqdim etməyi planlaşdırır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Mart 2026 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















