ABŞ İranı atəşkəs rejiminin pozulmasında ittiham edib
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranı ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) istifadə edildiyi gecə hücumlarından sonra atəşkəs rejiminin "kobud şəkildə pozulmasında" ittiham edib.
"Report" "Sky News"a istinadən xəbər verir ki, CENTCOM-da İranın Küveyt istiqamətində ballistik raket atdığı, lakin onun Küveyt qüvvələri tərəfindən uğurla ələ keçirildiyi bildirilib.
"Atəşkəs rejiminin kobud şəkildə pozulması İran qüvvələrinin Hörmüz boğazı rayonunda və onun yaxınlığında açıq-aşkar təhlükə yaradan beş kamikadze zərbə PUA buraxmasından bir neçə saat sonra baş verib", - ABŞ komandanlığının bəyanatında vurğulanıb.
CENTCOM-da bütün PUA-ların ABŞ qüvvələri tərəfindən uğurla ələ keçirildiyi qeyd edilib.
Bundan əlavə, komandanlığın məlumatına görə, ABŞ hərbçiləri Bəndər-Abbasdakı İranın yerüstü idarəetmə məntəqəsindən daha bir PUA-sının buraxılmasının qarşısını alıblar.
ABŞ Mərkəzi Komandanlığında öz qüvvələrini və maraqlarını "əsassız İran aqressiyasından" qoruyaraq "diqqətli" fəaliyyət göstərməyə davam etdiklərini vurğulayıblar.
Baxış sayı:128
Bu xəbər 28 May 2026 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















