“ABŞ İranın liderlərini hədəfə alır”
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“ABŞ-nin açıqlamalarına görə, əvvəlcə rejimin dəyişdirilməsi və ya hər hansı liderin yenidən gətirilməsi planlaşdırılırdı. Artıq ikinci variant kimi İranı darmadağın etmək və liderləri məhv etmək ideyası gündəmdədir”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib:
“Liderlər məhv edildikdən sonra yeni liderlər gələ bilər. Lakin bu prosesdən sonra ABŞ və müttəfiqləri yerli ixtişaşlardan istifadə edir. Bu, müxalifət və ya oradakı kürd birləşmələri kimi adlandırıla bilər. Bundan istifadə etməyə çalışaraq hakimiyyət dəyişikliyinə nail olurlar. Proseslər belə davam edir”.
Deputat əlavə edib ki, bütün bu proseslərin məqsədi Fars körfəzinə, Hörmüz boğazından keçərək Yaxın Şərqdəki neft və qaz yataqlarının Çinə və Hindistana daşınmasının qarşısını almaqdır.
Onun fikrincə ABŞ-nin ideyası və məqsədi də bundan ibarətdir.
Şəbnəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















