Bundesliqa: Bremenlilər dramatik matçda sevindi
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Bundesliqasında VII turun növbəti matçları başa çatıb.
Futbolpress.az xəbər verir ki, günün mərkəzi oyununda “Borussiya Dortmund” öz meydanında “Ayntraxt”ı (Frankfurt) qəbul edib. Gərgin mübarizə şəraitində keçən görüşdə meydan sahibləri Maksimilian Bayerin 80-ci dəqiqədə vurduğu yeganə qolla 1:0 hesablı minimal qələbə qazanıblar.
“Leyptsiq” isə doğma azarkeşləri önündə “Elversberq”ə şans verməyib. İkinci yarıda təzyiqi artıran saksoniyalılar Romulonun dublu, Tidiam Qomis və Kristof Baumqartnerin qolları ilə 4:0 hesablı darmadağına imza atıblar.
“Verder” (Bremen) səfərdə “Maynts”la 5 qolun vurulduğu dramatik matçdan 3:2 hesablı qələbə ilə ayrılıb. Niklas Füllkruq iki dəfə penaltidən fərqlənərək zəfərdə mühüm rol oynayıb. “Paderborn” isə son dəqiqələrdə vurulan qolla “Hamburq”u 1:0 hesabı ilə üstələyib.
Qeydə alınan nəticələr:
Almaniya Bundesliqası
VII tur
Köln – Şalke 0:0
Maynts – Verder (Bremen) 2:3
Qollar: Antoni Kasi, 33, Li Je-Sonq, 63 – Niklas Füllkruq, 7 (pen.), 25 (pen.), Ludovit Reys, 61
Auqsburq – Yunion (Berlin) 1:1
Qollar: An-Noa Massenqo, 71 – Yanik Haberer, 74
Leyptsiq – Elversberq 4:0
Qollar: Tidiam Qomis, 48, Romulo, 66, 90+4, Kristof Baumqartner, 84
Paderborn – Hamburq 1:0
Qol: Rayan Filipp, 88
Borussiya (Dortmund) – Ayntraxt (Frankfurt) 1:0
Qol: Maksimilian Bayer, 80
Baxış sayı:156
Bu xəbər 25 Oktyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















