Icma.az
close
up
RU
ABŞ İsrail və İran Müharibəsində 11 ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?

ABŞ İsrail və İran Müharibəsində 11 ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ABŞ və İsrail İranla bağlı qarşılarına qoyduqları məqsədlərə tam nail ola bilməyiblər. ABŞ prezidenti Donald Trampın müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı verdiyi vəd isə hələlik özünü doğrultmayıb”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, İran Körfəz ölkələrinə hücum edərək savaşın coğrafiyasını genişləndirməyə çalışır:

"İran Körfəz ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə almaqla qarşıdurmanı daha geniş areala yaymağa çalışır. ABŞ tərəfi bildirir ki, qələbə yaxındır və İranın hərbi infrastrukturunun 95 faizi məhv edilib. Lakin SEPAH rəhbərliyi bəyan edir ki, İran hələ ən azı 6 ay müharibə aparmaq potensialına malikdir. Bu bəyanatlar həm informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirilə bilər, həm də İranın müqavimət göstərə biləcəyinə işarədir. Hazırkı vəziyyət olduqca mürəkkəbdir. Bölgədə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn və Küveyt ərazilərinə İran tərəfindən raket zərbələrinin endirilməsi vəziyyəti daha da gərginləşdirir. Hətta İranın Azərbaycan və Türkiyə ərazilərinə doğru atdığı raketlər də situasiyanı mürəkkəbləşdirən amillərdəndir.”

Vüqar İskəndərov əlavə edib ki, İran daxilində müəyyən siyasi ziddiyyətlər mövcuddur:

"Siyasi hakimiyyət və hərbi düşərgə arasında mövqelər tam üst-üstə düşmür. Bu, müəyyən mənada ‘yaxşı və pis polis’ taktikasını da əks etdirə bilər. İran Prezidenti Pezeşkianın qonşu ölkələrə hücumların İran tərəfindən edilmədiyini bildirməsi, SEPAH-ın bunun əksini deməsi daxili ziddiyyətlərin olduğuna işarədir.”

Deputat vurğulayıb ki, Azərbaycan müharibənin sülh yolu ilə başa çatmasının tərəfdarıdır:

"Mülki insanların həlak olması və infrastrukturların dağıdılması münaqişənin humanitar nəticələrini ağırlaşdırır. Əgər vəziyyət davam etsə, həm insan itkiləri, həm də müharibənin coğrafiyasının genişlənməsi ehtimalı artır. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə sabitlik və sülh tərəfdarıdır və bu istiqamətdə addımlar atır. Əsas mövqeyimiz ondan ibarətdir ki, tərəflər danışıqlar masasına əyləşsin və məsələ sülh yolu ilə həll olunsun. Çünki bölgədə baş verən müharibə yalnız regiona deyil, daha geniş coğrafiyaya ciddi təsirlər göstərir. Artıq iqtisadi və digər sahələrdə bunun qlobal nəticələri hiss olunmaqdadır. Lakin hazırkı vəziyyətdə İsrail-ABŞ müharibəni davam etdirəcəklərini bildirir, İran tərəfi isə müqaviməti davam etdirəcəyini bəyan edir. Bu isə müharibənin yaxın günlərdə başa çatmayacağını göstərir.”

Şahanə Ziyad

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Mart 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri