Icma.az
close
up
RU
İsrail İran müharibəsində kim daha yaxşı yalan DANIŞIR...

İsrail İran müharibəsində kim daha yaxşı yalan DANIŞIR...

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İsrail-İran müharibəsinin 8-ci günüdür. Dünən gecə beynəlxalq media münaqişəsinin başlamasından bəri bəlkə də ən həlledici xəbəri yayıb: Ağ Evin mətbuat katibi bəyan edib ki, yaxın iki həftə ərzində ABŞ Prezidenti Donald Tramp İsrail-İran münaqişəsinə müdaxilə edib-etməmək, İrana zərbə vurub-vurmamaq barədə qərar verəcək.
Hadisələrin gedişi göstərir ki, tərəflər arasında münaqişənin həlli tezliklə mümkün olmayacaq.

Bir tərəfə baxanda görürsən ki, İran hələ ki İsrailin hücumlarına tab gətirir. Tehran rejimi təslim olmur və müqavimətini davam etdirir. Eyni zamanda İsrailə əks zərbələr endirir.  
O bir tərəfdən belə təəssürat yaranır ki, İranın hərbi komandanlığını məhv edən, hərbi obyektlərini sıradan çıxaran İsrail Tehran rejimini küncə sıxışdırıb...

Analitiklərin fikrincə, İrandan əks-hücum alan İsrail ABŞ-ı münaqişəyə cəlb etməyə çalışır.

Bəs qarşıdakı iki həftə ərzində - ABŞ qərar verənədək - İsrail və İran bir-birlərinin raket zərbələrinə tab gətirə biləcəklərmi? Önümüzdəki günlərdə hansı tərəfin vəziyyəti ağırlaşacaq?
Bu suallara tərəflərin hazırkı vəziyyətini təhlil etməklə cavab vermək olar... Amma İsrail-İran müharibəsində tərəflərin real durumunu qiymətləndirmək xeyli çətindir. Məsələ burasındadır ki, Yaxın Şərqdə geosiyasi gərginliyin mərkəzində duran bu iki əsas güc yalnız fiziki müstəvidə deyil, informasiya sahəsində də ciddi qarşıdurma aparır. Nəticədə də münaqişənin informativ tərəfi bəzən real hərbi toqquşmalardan daha təsirli və təhlükəli nəticələr doğura bilir. Məlumatların manipulyasiyası, dezinformasiya kampaniyaları və psixoloji müharibə üsulları bu iki dövlətin strateji silahına çevrilib. Əslində isə ictimaiyyətə təqdim olunan məlumatlar çox vaxt həqiqəti deyil, məqsədli şəkildə formalaşdırılmış narrativləri əks etdirir.

Tərəflərin real itkiləri barədə məlumatların bilərəkdən gizlədildiyi istisna deyil.
İsrail və İranın informasiya müharibəsində istifadə etdiyi əsas vasitələr sosial media, rəsmi dövlət kanalları, beynəlxalq xəbər agentlikləri və kiberməkan üzərindən yayılan manipulyativ məlumatlardır. Hər iki tərəf öz ictimaiyyətini və beynəlxalq aləmi inandırmaq üçün süni şəkildə hazırlanmış süjetlər, montaj edilmiş görüntülər və ya yarımçıq faktlardan ibarət xəbərlər paylaşır.
İsrail tərəfi informasiya üstünlüyü üçün yüksək texnologiyadan və beynəlxalq media ilə sıx əməkdaşlıqdan istifadə edir. İran isə dini və ideoloji əsaslı təbliğatla öz narrativini formalaşdırmağa çalışır. İranın “Press TV”, “Tasnimnews.com”, İsrailin “i24NEWS”, “The Jerusalem Post” və digər dövlətə bağlı media orqanları bu rəqabətin açıq təzahürüdür.

İnformasiya müharibəsinin əsas məqsədi yalnız daxili auditoriyanı deyil, beynəlxalq ictimaiyyəti də təsir altına almaqdır. Tərəflər hərbi əməliyyatlar zamanı baş verən hadisələri fərqli şəkildə təqdim edərək qarşı tərəfi “aqressor”, özünü isə “qurban” kimi göstərməyə çalışır. Məsələn, hava hücumları və ya nüvə obyektlərinə endirilən zərbələr barədə yayılan məlumatlar çox vaxt bir-birinə zidd olur, çünki hər iki tərəf bu hadisələrin şərhini öz maraqlarına uyğun təqdim edir.

İranın İsraildəki Soroka xəstəxanasını raketlə vurması fərqli aspektlərdən şərh olundu. Tehran həmin xəstəxananın yaxınlığında mühüm hərbi obyektin olduğunu və hücumun ora edildiyini bildirdi, Tel-Əviv isə mülki insanların hədəf alındığını bəyan etdi.
Əsl gerçəklik çox vaxt bu informasiya dumanı arasında itib gedir. Senzura, məlumatlara çıxışın məhdudlaşdırılması, jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması və xəbər mənbələrinin etibarsızlaşdırılması prosesi nəticəsində adi vətəndaşlar hadisələrin real gedişatını izləməkdə çətinlik çəkirlər. Müxtəlif vaxtlarda hər iki ölkənin daxili media qurumlarına tətbiq etdiyi senzura və yönləndirmə siyasəti buna nümunədir.

İsrail və İranın informasiya müharibəsində kiberməkan da əsas rol oynayır. Haker hücumları, məlumatların sızdırılması və saxta profillərlə aparılan təbliğat kampaniyaları hər iki tərəf üçün gündəlik taktiki vasitəyə çevrilib. İsrailin kəşfiyyat qurumları ilə əlaqəli olan və İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı qurumlar bu müharibənin görünməyən, lakin təsirli iştirakçılarıdır.

İsrail-İran münasibətlərində informasiya müharibəsi artıq hərbi və diplomatik qarşıdurmanın ayrılmaz tərkib hissəsinə çevrilib. Təəssüf ki, bu prosesdə ən çox zərər görən adi insanlar – məlumatlara etibarlı şəkildə çıxış imkanı olmayan və manipulyasiya altında qalan cəmiyyətlər, o cümlədən beynəlxalq ictimaiyyətdir.
Müharibənin gedişatına dair gerçəkliklər yalnız siyasi maraqlar zəiflədikdə üzə çıxacaq.

Bugünkü münaqişə reallıqla deyil, illərlə formalaşan informasiya zəncirləri ilə idarə olunur. Buna görə də İsrail-İran gərginliyini anlamaq üçün təkcə döyüş meydanına deyil, həm də “məlumatlar cəbhəsinə” baxmaq vacibdir. Əgər bu müharibədə hansısa bir həqiqət gizlədilirsə, onun açarları informasiyanın özündədir.
 

Ə.Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri