Icma.az
close
up
RU
ABŞ İsrail və İran müharibəsinin 40 cı günündə atəşkəs qərarı!

ABŞ İsrail və İran müharibəsinin 40 cı günündə atəşkəs qərarı!

Icma.az bildirir, Sia Az portalına istinadən.

28 fevralda başlayan ABŞ–İsrail və İran müharibəsinin 40-cı günündə atəşkəs xəbəri yayıldı. ABŞ prezidenti Donald Tramp atəşkəs qərarını açıqladı, İsrailin baş naziri Benjamin Netanyahu isə bunu dəstəklədi. Atəşkəsi təsdiqləyən Mücteba Hamaney isə 10 maddəlik təklif irəli sürdü.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə etdiyi paylaşımda belə dedi:

“Dünya sülhü üçün böyük gündür! İran bunu istəyir, artıq ‘bəsdir’ dedilər! İran yenidən qurulma prosesinə başlaya bilər. Hər cür resursla dolub-daşacağıq və hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün orada qalacağıq.”

ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibənin 40-cı günündə 15 günlük atəşkəs razılaşması əldə edildi.

Tramp, İrana verdiyi müddətin bitməsinə az qalmış atəşkəsin əldə olunduğunu açıqladı.

O bildirib ki, Pakistanın baş naziri Şahbaz Şərif və Pakistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Asim Munir ilə görüşüb. Onlar Trampdan İrana hücumların dayandırılmasını xahiş ediblər.

Trump dedi: “İranın Hürmüz boğazını tam, dərhal və təhlükəsiz şəkildə açmağa razı olması şərti ilə İrana qarşı bombardmanları iki həftəlik dayandırmağa razıyam. Bu, qarşılıqlı atəşkəs olacaq.”

İranın 10 maddəlik təklifi , Trump bildirib ki, İran tərəfindən təqdim edilən 10 maddəlik plan danışıqlar üçün uyğun əsasdır:

“ABŞ və İran arasında əvvəlki mübahisələrin demək olar hamısı üzrə razılıq əldə olunub. İki həftəlik müddət yekun razılaşmanın hazırlanmasına imkan verəcək.” Trump bu razılaşmanı “qüsursuz qələbə” adlandıraraq, Çinin İranı danışıqlara razı saldığını da bildirib. Trump əlavə edib: “Bu, Yaxın Şərq üçün qızıl dövr ola bilər. ABŞ Hürmüz boğazında nəqliyyatın normallaşmasına kömək edəcək. Böyük iqtisadi imkanlar yaranacaq. İran yenidən qurulacaq. Atəşkəsin başlanma tarixi , İranın Pakistanın təklif etdiyi iki həftəlik atəşkəsi qəbul etdiyi bildirilib. Atəşkəs Mücteba Hamaney tərəfindən də təsdiqlənib. Rəsmi açıqlamaya görə, atəşkəs 10 aprel cümə günü başlayacaq və tərəflər razılaşarsa uzadıla bilər. İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib:

“Pakistanda keçiriləcək danışıqları 15 gün ərzində yekunlaşdırmağı və hərbi uğuru siyasi nəticəyə çevirməyi hədəfləyirik.”

Danışıqlar İslamabadda keçiriləcək. Pakistanın baş naziri Şahbaz Şərif bildirib: “İran, ABŞ və müttəfiqləri ilə birlikdə, Livan da daxil olmaqla bütün cəbhələrdə dərhal qüvvəyə minən atəşkəsə nail olduqlarını məmnuniyyətlə elan edirəm.”

O əlavə edib ki, tərəflər arasında yekun sülh razılaşmasına nail olmaq üçün nümayəndə heyətləri 10 aprel 2026-cı ildə İslamabad şəhərinə dəvət olunub. Şərif sonda qeyd edib:“Ümid edirik ki, İslamabad danışıqları davamlı sülhə gətirib çıxaracaq və yaxın günlərdə daha xoş xəbərlər paylaşacağıq.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Aprel 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri