Icma.az
close
up
RU
İran İsrail müharibəsinin ideoloji kodları

İran İsrail müharibəsinin ideoloji kodları

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qan Turalı yazır...

İsrailin İrana hücumu və Tehranın cavab həmləsi ilə başlanan müharibə bir çox cəhətləri üzrə maraq doğurur. Söz yox, bu günlər təkcə region üçün deyil, bəşər və əlbəttə ki, hərb tarixi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tarixdə on mindən artıq müharibə olub. Ancaq müharibənin ilk günündə qarşı tərəfin Baş Qərargah rəisinin öldürülməsi... Bu, həqiqətən də tarixdə misli görünməmiş bir aktdır. Doğrudur, yaxın tarixdə Şimali və Cənubi Koreyada, Hindistan və İraqda orduların Baş Qərargah rəislərinin ölümü qeydə alınıb. Ancaq bu ölümlərin çoxu mina, ya da sui-qəsd nəticəsində olub, nəinki hərbi əməliyyat zamanı...

Əlbəttə, Baş Qərargah rəisinin yerinə təyinat oldu. Ola bilsin ki, yeni rəis öz işində daha peşəkardır. Bu da ehtimallardan biridir. Ancaq Baş Qərargah rəisinin öldürülməsi ağır psixoloji təzyiq yaradır. Baş Qərargah rəisi öldürülən bir ordunun əsgərində qətiyyət, mübarizə əzmi yaratmaq heç də asan deyil. Bu mənada İsrail ordusunun həmləsinin əhəmiyyətini düzgün çözmək lazımdır.

İsrail hücumunun digər bir maraqlı cəhəti isə təyyarələrdən istifadə olunmasıdır. Hücumda "F-15", "F-16", "F-35" təyyarələrindən istifadə edilir. "F-35" təyyarəsi indiyə qədər kiçik tapşırıqların icrasında istifadə edilsə də, ilk dəfə iri miqyaslı hərbi əməliyyatda işə salındı. Ancaq burada maraqlı bir məqam da nəzərə çarpır. Tel-Əvivdən Tehrana olan məsafə 1 600 kilometrdir. Gediş və qayıdışın 3 200 kilometr təşkil etdiyini qeyd edək. Üstəlik, verilən tapşırıqların icrası da gərəkdir. Burada təyyarələrin yüklü olduğunu da nəzərə almaq lazımdır. Ancaq təyyarələrin verilən əmri icra edib yenidən İsrailə qayıtması mümkünsüzdür. Bəs təyyarələr bu tapşırığı necə icra edə bilir?

Bunun üçün İsrail Hərbi Hava Qüvvələri benzin təchizat təyyarələrindən istifadə edir. İsrail qırıcılarının İraq sərhədinə yaxın Deyr Əz Zor şəhərinin üzərində (Suriya), səmada "Boing" markalı təchizat təyyarəsindən yanacaq doldurduğu və yenidən İrana qayıtdığı video və foto görüntüləri var. Deməli, hücum aktını həyata keçirən təyyarələr havada yanacaq dəstəyi alaraq verilən əmrləri icra edirlər.

İsrail dövləti simvollarla işləməyi sevən və öz mesajlarını çatdıran bir ölkədir. İrana olan hücum da "Oyanan şir" adlanır. Bu sözlər Tövratın 4-cü kitabı olan "Saylar"ın 24-cü hissəsindən götürülüb. Həmin hissədə belə deyilir: "Bu xalq şir kimi qalxır. Aslan kimi pəncəsi üstdə durur. Öz şikarını yeməyincə, öldürülənlərin qanını içməyincə, rahatlaşan deyil".

İranın cavab tədbirləri "Doğru vəd-3" adlanır. Bu söz də təsadüfi şəkildə seçilməyib. Qurani-Kərimin "Rum" surəsinin 60-cı ayəsindən götürülüb. Həmin ayədə deyilir: "Ona görə də səbirli ol! Həqiqətən, Allahın vədi haqdır. Yəqinliklə iman gətirməyənlər səni biganəliyə sövq etməsinlər!". Üç rəqəmi isə indiyə qədər aparılan əməliyyatların davamı olduğunu vurğulamaq məqsədi daşıyır.

Göründüyü kimi, İsrail və İran öz hərbi əməliyyatlarının adını müvafiq olaraq Tövrat və Qurani-Kərimdən əxz ediblər və bu da müharibənin ideoloji mahiyyət daşıdığına ən əyani sübutdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 İyun 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri