ABŞ İsrailə yeni silah satışına hazırlaşır Financial Times AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ İsrailə 680 milyon dollar dəyərində yeni silahlar satmağa hazırlaşır.
“Financial Times” qəzetinin Konqresdəki mənbələrə əsaslanan xəbərində Co Bayden administrasiyasının Təl-Əvivə yeni silah satışında son mərhələyə çatdığı bildirilib. Xəbərdə bildirilir ki, ABŞ rəsmiləri bu yaxınlarda Konqresə minlərlə birbaşa hücum sursatının (JDAMs) İsrailə göndərilməsini təsdiqləyəcəkləri barədə qeyri-rəsmi məlumat veriblər.
Satışla bağlı Konqresə rəsmi məlumatın tezliklə veriləcəyi, ABŞ-nin də İsrailə yüzlərlə kiçik ölçülü bomba tədarük edəcəyi bildirilib.
Xəbərdə İsrailin Baş naziri Benyamin Netanyahunun bu silahların təsdiqini İsrail ilə Livan arasında atəşkəs üçün şərt olaraq gördüyü və Baydenin silah satışına yaşıl işıq yandırmasından sonra İsrailin müqaviləni imzaladığı iddia edilib.
ABŞ rəsmiləri isə silah satışı prosesi ilə atəşkəs razılaşması arasında birbaşa əlaqənin olmadığını müdafiə ediblər.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Noyabr 2024 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















