Icma.az
close
up
RU
ABŞ istədikdən sonra İsrail Trampın sülh planını icra eləməli olacaq ŞƏRH

ABŞ istədikdən sonra İsrail Trampın sülh planını icra eləməli olacaq ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Ağ Evdə görüş zamanı Amerika Prezidenti Donald Trampın təşəbbüsü ilə İsrailin Baş naziri Benyamin Netanyahu və Qətərin Baş naziri Mohammed bin Abdulrahman bin Cassim Al Tani ilə üçlü telefon danışığı baş tutub. İsrail Baş naziri Benyamin Netanyahu Qətərin Baş naziri ilə telefon danışığı zamanı İsrailin Qətərə endirdiyi zərbədə hərbçinin həlak olmasına görə dərin təəssüfünü ifadə edib.

Bəs Netanyahu niyə məhz indi üzr istəməli oldu?

Politoloq Elçin Xalidbəyli Redaktor.az-a mövzu ilə bağlı danışarkən bildirdi ki, Yaxın Şərqin yenidən dizayn olunması ilə bağlı prosesi məhz ABŞ idarə edir:

"İsrail bu prosesin əsas iştirakçısıdır. Kütləvi insan tələfatına yol açan hərbi əməliyyatları İsrail aparır. Ancaq son vaxtlar bütün dünyada İsrailə qarşı böyük bir etiraz dalğası yarandığına görə, ABŞ həm öz Yaxın Şərq planlarına müəyyən düzəlişlər edir, həm də İsrailin davranışlarını nizamlamağa çalışır. Böyük ehtimalla, Netanyahunun Qətər Baş nazirindən üzr istəməsi birmənalı şəkildə Trampın istəyi ilə baş verib. Tramp bununla İsrailə qarşı qlobal etiraz dalğasını nisbətən zəiflətməyə cəhd göstərir. Eyni zamanda artıq Ağ Evdə anlayırlar ki, hadisələr bu cür davam edə bilməz. Situasiyanın dəyişməsi olduqca vacibdir. Tramp planı artıq gündəmə gətirilib. Yaxın Şərqdə sabitliyin yaradılması, Qəzza böhranının aradan qaldırılması üçün Tramp planı artıq icra olunacaq. Bəzi məlumatlara görə, İsrail bu planı artıq qəbul edib".

Onun fikrincə, ABŞ istədikdən sonra İsrail Trampın sülh planını icra eləməli olacaq:

"Tramp planının reallaşdırılması üçün müəyyən addımlar atılır. Bu səbəbdən də Netanyahunun Qətərin baş nazirindən üzr istəməsinə nail olublar. ABŞ bu addımla Yaxın Şərqdə yeni ssenarilərin işə salınması üçün hazırlıq prosesinə başlayıb. Böyük ehtimalla, bundan sonrakı mərhələdə Trampın liderliyi altında bu plan reallaşdırılmağa başlayacaq. Hətta atəşkəsdən və sülh sazişindən sonra Qəzza bölgəsinə rəhbərlik edəcək şəxs də məlumdur. Tramp Qəzza bölgəsində müvəqqəti hökumətin qurulmasını və onun fəaliyyətinin normal məcraya yönəldilməsini Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyerin üzərinə qoyub. Bu, o deməkdir ki, Yaxın Şərqdə artıq yeni mərhələ başlayır və bu mərhələdə sülh narrativləri hərbi əməliyyatlardan daha ön planda olacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri