Icma.az
close
up
RU
ABŞ kəşfiyyatı açıqladı: Rusiya Cənubi Qafqazda buna hazırlaşır

ABŞ kəşfiyyatı açıqladı: Rusiya Cənubi Qafqazda buna hazırlaşır

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hesabatda Kremlin siyasi manipulyasiya və təbliğat yolu ilə keçmiş sovet respublikalarına nəzarəti gücləndirmək səylərindən narahatlıq ifadə olunur - Azərbaycanla bağlı məsələ...  

Ölkə.Az xəbər verir ki, ABŞ Hərbi Kəşfiyyat Agentliyi yeni hazırladığı hesabatda Rusiyanın Cənubi Qafqaz regionunda artan təsirindən narahatlığını bildirib. Hesabatda bildirilir ki, Rusiya Gürcüstanı öz təsir dairəsinə qaytarıb. Agentlik qeyd edir ki, “Gürcü Arzusu”nun rəhbərlik etdiyi hökumət xüsusilə ötən ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra Rusiyaya ölkədə öz təsirini gücləndirməyə imkan verib.

Hesabatda bildirilir ki, keçən il Rusiya-Ermənistan münasibətləri pisləşib. Buna səbəb Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla hədələməsi olub. Rusiya isə buna cavab olaraq Ermənistanın demokratiyasını və daha qərbyönlü rəhbərliyini nüfuzdan salmaq məqsədilə informasiya əməliyyatlarından istifadə edib. Rusiya Ermənistanın qərbyönlü rəhbərliyini gözdən salmaq üçün informasiya əməliyyatları həyata keçirib. ABŞ hərbi kəşfiyyatı Rusiyanın siyasi manipulyasiya və təbliğat yolu ilə keçmiş sovet respublikalarına nəzarəti gücləndirmək səylərindən narahatlığını vurğulayır. 

ABŞ hərbi kəşfiyyatının hesabatında həmçinin qeyd olunur ki, Rusiya Mərkəzi Asiyada ənənəvi təsir rıçaqlarını saxlayır. Moskvanın region dövlətləri ilə dərin tarixi, iqtisadi, siyasi, hərbi və mədəni əlaqələri Mərkəzi Asiyada davamlı mövcudluğunu saxlamağa imkan verir. Rusiya Mərkəzi Asiya təhlükəsizliyinə özünün ayrılmaz hissəsi kimi baxır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) vasitəsilə regionun təhlükəsizlik arxitekturasına nəzarət etmək üçün ikitərəfli və çoxtərəfli əməkdaşlıq sazişlərindən istifadə edir. Azərbaycanla bağlı xüsusi açıqlama olmasa da, şübhəsiz ki, Rusiyanın ölkəmizə də təzyiqləri var və bu son gərginliklərdən sonra özünü göstərir.

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın istər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələrində təsir imkanlarını qoruyub saxlamaq və ya itirilmiş mövqelərini bərpa etmək üçün davamlı olaraq fəaliyyət həyata keçirdiyi ortadadır: “SSRİ-nin dağılmasının böyük səhv olduğunu deyən Putin hakimiyyətinin bütün imkanlarla postsovet məkanında Rusiyanın dominantlığını bərpa etmək istəyi özünü qabarıq şəkildə zaman-zaman ayrı-ayrı ölkələrə qarşı siyasi və iqtisadi təsir imkanlarından istifadə etməkdə göstərir.

Gürcüstan üzərində tam nəzarət həyata keçirə bilməsə də, amma ən azından Qərbin rəsmi Tiflisə təsir imkanlarını zəiflətməyə müvəffəq olan Rusiya üçün Cənubi Qafqazın digər iki ölkəsi ilə bağlı da bu və ya digər planlarının olduğu ortadadır. Ermənistanın böyük ölçüdə Rusiyadan istər müdafiə, istər enerji təhlükəsizliyi, istərsə də iqtisadi sahədə maksimum asılılığı, eləcə də Ermənistanda Rusiyanın “beşinci kolon”u qismində çıxış edən müxalifətin mövcudluğu və ən əsası da Ermənistanda Rusiya hərbi bazasının olması Rusiyaya Ermənistana daha çox təsir etmək üçün əlavə imkanlar verir. Rusiyanın hələ tam olaraq bu təsir rıçaqlarından istifadə etməsə də, zaman-zaman Ermənistanı öz orbitinə qaytarmaq üçün müvafiq addımlar atdığına da şahidlik edirik. Ermənistanın hələ də rəsmi olaraq KTMT üzvü olaraq qalması, Lavrovun son səfərindən sonra Ermənistan rəhbərliyi tərəfindən Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmayacağına dair verilən bəyanatlar da Ermənistana olan təzyiqlərin nəticəsidir. Azərbaycanla bağlı isə vəziyyət fərqlidir. Bizim Ermənistandan fərqli olaraq Rusiyadan hər hansı siyasi-iqtisadi asılılığımız yoxdur. Ölkədə Rusiyanın “beşinci kolon”u qismində çıxış edən qüvvələr demək olar ki, sıradan çıxarılıb və ən əsası da ərazilərimizdə Rusiya hərbi kontingenti mövcud deyil. İndiyə qədər Rusiyanın təzyiq vasitəsi olaraq istifadə etdiyi separatçı rejim və Qarabağ konflikti də yoxdur. Üstəgəl, Azərbaycan regionda kifayət qədər möhkəmlənmiş Türkiyə kimi müttəfiqə malikdir.

Orta Asiyaya gəldikdə isə Rusiyanın həmin regionla bağlı dominantlığı əsasən iqtisadi asılılıqla bağlıdır. Daha konkret desək, öz təbii sərvətlərini uzun illər ərzində ancaq Rusiya və Çin vasitəsilə bazarlara çıxaran Orta Asiya ölkələri məcburi şəkildə Rusiyanın bu və ya digər şəkildə dominantlığını qəbul etmək zorunda olublar. Amma Türk Dövlətləri Təşkilatında üzvlük, xüsusilə də enerji resurslarının yeni bazarlara çıxarılması üçün həyata keçirilən fəaliyyət, Avropa İttifaqı ilə bu istiqamətdə imzalanmış sazişlər zamanla həmin ölkələrə də Rusiyanın təsir imkanlarını zəiflədəcək. Nəticə etibarilə deyə bilərik ki, bütün çabalara baxmayaraq Rusiyanın postsovet məkanında öz dominant mövqeyini qoruyub saxlamaq üçün həyata keçirdiyi fəaliyyət iflasa məhkumdur".

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva qeyd etdi ki, Rusiya son bir ildə hər üç Cənubi Qafqaz ölkəsində özünün diktə siyasətini pik həddə çatdırmağa səy göstərib: “Azərbaycanın internet resurslarına kütləvi haker hücumlarında da Kremlin barmağı var idi. Üstəlik, AZAL-a məxsus sərnişin təyyarəsi vurulandan sonra da Rusiya Azərbaycandan rəsmi şəkildə üzr istəmədi. Çeçenistanın üzr istəməsi və təzminat ödəmək üçün müraciəti ilə kifayətləndi. Ancaq bu mümkün olmadı, Bakı Moskva qarşısında dirəniş göstərdi. Üzr tələb etdi. Biz Cənubi Qafqaz ölkələri arasında müstəqil xarici siyasət yürüdən yeganə ölkəyik. Buna baxmayaraq,  Rusiya Azərbaycana qarşı da zaman-zaman əzələ nümayiş etdirməyə çalışır. Zəngəzur dəhlizinin açılmasında və Ermənistanla sülh sazişinin imzalanmasında da əsas təzyiq məhz Kremldəndir. Kreml Zəngəzur dəhlizi kartından istifadə edərək Bakı və İrəvana təzyiqlər göstərməyə çalışır. Ancaq bu məsələdə Azərbaycanla Rusiya arasında hər hansı ciddi gərginlik yoxdur. Yəni dəhlizin açılması daha çox Rusiya-Ermənistan məsələsidir. Moskva Bakını itirdiyini artıq qəbul edir. Digər iki Güney Qafqaz ölkəsini əlində saxlamağa çalışır. Gürcüstan demək olar ki, ram olunub. Tamamilə "şimal ayı"sının caynağına keçib. Hətta “Gürcü Arzusu” Partiyasının sədri Bdzina İvanişvili ABŞ-ın Gürcüstandakı səfirinin görüş təklifini geri çevirdi. Qərblə Gürcüstan arasındakı bütün diplomatik kanallar tıxanmış vəziyyətdədir. Qərb hələ ki Gürcüstanı tam şəkildə itirmədiyini güman edir. Amma Saakaşvilini sahibsiz buraxdıqdan sonra Gürcüstanda Qərbə inam azaldı. Bununla da sadə gürcülər “rus qorxusuna” yenilərək “Qərbə qovuşmaq” arzularından bir dəfəlik üz çevirdilər. Ermənistanda isə Rusiya və Qərb qarşıdurması tamam başqa səviyyədədir. Rusiyameyilli müxalifət artıq Paşinyan tərəfindən demək olar ki, bloklanıb. Onların rıçaqları iflic vəziyyətinə salınıb. Ancaq Rusiya “102-ci baza kartı”nı hələ də son gediş kimi əlində möhkəm sıxıb. Əgər Qərbin hakimiyyətə gətirdiyi Nikol Paşinyan Kreml rəhbərliyi ilə dil tapmasa, o zaman onun fiziki məhvi və ya devrilməsi gündəmə gələcək. Vaşinqton isə İrəvanda hələ ki, üstün tərəf kimi görünür. ABŞ-ın dünyadakı ən böyük səfirliyi Ermənistandadır. Üstəlik, yenicə imzalanmış xartiya da İrəvanın təhlükəsizlik ümididir. Əgər ABŞ Ermənistan üzərindən İrana qarşı bu və ya digər formada həmlələr edərsə, o zaman Moskva Tehranla birlikdə Qərbi Ermənistandan birdəfəlik sıxışdırıb çıxarmaq üçün hərəkətə keçəcək. Ona görə də ABŞ diplomatiyası hələ ki Ermənistanla bağlı məsələlərdə su üstündə yeriyir. Yəni ehtiyatlı addımlar atmağa çalışır. Kreml isə yaxın on il ərzində Azərbaycana, Gürcüstana ordu ilə qayıtmağı düşünür. Bu, Moskvanın imperialist planlarının tərkib hissəsidir.  Çünki Kreml Xankəndidən səssiz çıxmasını həzm edə bilmir. Amma indiki mərhələdə Ukrayna-Rusiya savaşı buna əsas maneədir. Gedişat onu göstərir ki, Ukrayna cəbhəsi rusların əl-ayağını hələ uzun müddət bağlı saxlayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 May 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see169

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see127

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see124

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see123

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see120

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see119

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see119

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri