Icma.az
close
up
RU
ABŞ kilsəsində “etdiyi dualar” Paşinyanı xilas edəcəkmi? Sarkisyan Nikolun Vaşinqton səfərinin gizli səbəblərini AÇIQLADI KONKRET

ABŞ kilsəsində “etdiyi dualar” Paşinyanı xilas edəcəkmi? Sarkisyan Nikolun Vaşinqton səfərinin gizli səbəblərini AÇIQLADI KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Ermənistan baş naziri Nikol Paşinyanın fevralın 3-dən başlanan ABŞ səfəri ölkəsində də müzakirə mövzusudur. Müxtəlif kontekstlərdən yanaşılan səfərin mahiyyətini şərh edən ekspertlər düşünürlər ki, Paşinyan Vaşinqtona getməklə fürsət tapıb Trampla görüşə bilər. Amma onun cəhdləri nəticəsiz qalıb və Amerikadakı erməni lobbisinin də Trampa hələlik əli çatmır. Bayden administrasiyasının “sevimlisi” olan Paşinyanın respublikaçılar dönəmində necə qəbul ediləcəyi erməni cəmiyyətində də böyük maraq doğurur. Erməni politoloq Suren Sarkisyan özünün “Facebook” hesabında Paşinyanın ABŞ səfərindən geniş bəhs edib:

”Səfərin bəhanəsi Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində və Milli Dua Tədbirində iştirakdır. Bu tədbirlər hər il paytaxt Vaşinqtonda keçirilir. Formal olaraq bu, Paşinyanın fevralın 3-də başlayan Vaşinqton səfəri üçün əsas olub. Ancaq hesab edirəm ki, Paşinyanın əsl gündəliyi bu tədbirlərdə qətiyyən iştirak etməməkdir. Hər kəs bilir ki, Paşinyan imana və dinə o qədər də inanan adam deyil. Üstəlik, dinlə əlaqəsi olmayan Arsen Torosyanın da səfərdə iştirak etməsi məni təəccübləndirdi. Bu, o deməkdir ki, onun səfərində din sadəcə bəhanədir. Düşünürəm ki, səfərin əsl səbəbləri başqadır.

Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyi mühüm əhəmiyyət daşıyır. O, ABŞ-ın dəstəyinə arxalana bilərmi və Tramp administrasiyası Bayden hakimiyyətinin Paşinyana verdiyi iqtisadi, maliyyə və siyasi dəstəyi verəcəkmi? Bu administrasiyanın Ermənistan-Azərbaycan danışıqlar paketi ilə bağlı mövqeyi Paşinyan üçün çox vacib məqamdır. O, Tramp komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyi davam etdirməyə hazır olub-olmadığını başa düşməlidir. O, bilmək istəyir ki, bu administrasiya onun “dünyanın kəsişməsi” adlanan konsepsiyasında maraqlıdır, yaxud layihənin həyata keçirilməsinə nə dərəcədə dəstək verəcək? Amerikalıların Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün vasitəçiliyini öyrənmək istəyir. O, Trampın İran və Rusiyaya qarşı siyasətinin necə olacağını dəqiqləşdirməlidir. Paşinyan bu administrasiyanın ümumilikdə erməni-amerikan strateji tərəfdaşlığında və xüsusilə ABŞ-ın prioritetlərində nə dərəcədə maraqlı olduğunu anlamağa çalışacaq. Nəhayət, Paşinyan ABŞ hakimiyyətini, erməni icmasını və lobbiçiləri inandırmalıdır ki, Vaşinqtonun Azərbaycana təzyiqi davam edəcək.

Bu suallara ən yaxşı şəkildə Tramp, dövlət katibi, prezidentin milli təhlükəsizlik üzrə müşaviri, müdafiə naziri və müxtəlif dövlət qurumlarının regional rəhbərləri cavab verə bilər. Görək Paşinyan onlardan hansı ilə görüşəcək. Ermənistan hökuməti demokratların seçkilərdə qalib gələcəyinə əmin idi və səfərin təşkilinin səbəblərindən biri də budur.

Göründüyü kimi, Paşinyanın Amerika səfərindən ciddi gözləntiləri olan Ermənistan cəmiyyəti okeanın o tayından yenə hərbi-siyasi dəstək almaq niyyətindədir. Bunun üçün əvvəlcə Vaşinqtona kəşfiyyat xarakterli səfər etmək, yeni administrasiyanın nəbzini yoxlamaq lazımdır. Bu gün Trampın yeni islahatlara başladığı dövrdə Ermənistan və Paşinyan Vaşinqtonu qəti maraqlandırmır. 4 il ərzində demokratlardan ciddi dəstək alan Paşinyan özü də başa düşür ki, onun işi Vaşinqtondakı kilsədə dua etməkdir. Bəlkə Ermənistanı Paşinyanın ABŞ kilsələrindəki duaları xilas etdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri