ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk“ helikopterlərinin satışını nəzərdən keçirəcək
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti Norveçə "UH-60M Black Hawk" çoxməqsədli helikopterlərinin, eləcə də ümumi məbləği 2,3 milyard dollar olan əlaqədar avadanlıq və sistemlərin potensial satışını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin xarici siyasət idarəsinin saytındakı bəyanatda deyilir.
Norveç tərəfi daha əvvəl Vaşinqtona 21 ədəd "UH-60M Black Hawk" helikopterinin, onlara aid güc qurğularının və silahların, həmçinin naviqasiya avadanlıqları, rabitə vasitələri və müdafiə kompleksləri daxil olmaqla, geniş sistemlər siyahısının alınması üçün sorğu göndərmişdi.
"Müqavilənin ümumi dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilir", - dərc edilmiş sənəddə göstərilib.
Amerika administrasiyası sözügedən potensial silah sövdələşməsinin təsdiqlənməsi barədə konqresə artıq bildiriş göndərib. Qanunverici orqanın təklif olunan müqaviləni araşdırmaq və onun mümkün bloklanması barədə qərar qəbul etmək üçün 15 günlük müddəti var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:204
Bu xəbər 21 Avqust 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















