Kolumbiyada şiddətli döyüşlər: Ordu Black Hawk helikopterlərini işə saldı VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Kolumbiyanın Kauka əyalətində hökumət qüvvələri ilə FARC təşkilatından ayrılmış silahlı qruplaşma arasında şiddətli döyüşlər davam edir.
Bizim.Media xəbər verir ki, bölgədə vəziyyət gərgin olaraq qalır.
Məlumata görə, üsyançılar Kolumbiya ordusunun mövqelərinə qarşı intensiv silahlı müqavimət göstərirlər. Qarşıdurmaların genişlənməsi fonunda ordu əməliyyatlara "Black Hawk" hərbi helikopterlərini də cəlb edib.
Hazırda bölgədə hərbi əməliyyatlar davam edir. Tərəflərin itkiləri və qarşıdurmaların nəticələri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, FARC (Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri) ölkədə onilliklər boyu fəaliyyət göstərən ən iri silahlı qruplaşmalardan biri olub. 2016-cı ildə hökumətlə sülh sazişi imzalansa da, təşkilatdan ayrılan bəzi silahlı dəstələr fəaliyyətini davam etdirir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:237
Bu xəbər 26 İyul 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















