Icma.az
close
up
RU
ABŞ Konqresində qəbul edilmiş təxribatçı düzəliş erməni lobbisinin təsiri altında baş verib AÇIQLAMA

ABŞ Konqresində qəbul edilmiş təxribatçı düzəliş erməni lobbisinin təsiri altında baş verib AÇIQLAMA

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. Söhbət ermənipərəst Konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir.

Təxribatçı layihə Bakıda həbs olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada “erməni mədəni obyektlərinin qorunması”nı nəzərdə tutur.

ABŞ Konqresində qəbul olunan bu düzəliş sırf erməni lobbiçiliyinin təsiri sayılarmı, yoxsa daha geniş geosiyasi maraqların nəticəsidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilmiş düzəliş bizi təəccübləndirməməlidir. Onun sözlərinə görə, bu cür Azərbaycan əleyhinə yönəlmiş qərarlar əvvəllər də qəbul olunub, bundan sonra da qəbul olunacağı istisna deyil:

"Belə qərarlar ABŞ-də, Fransada, digər Avropa ölkələrində qəbul olunub və yaxın zamanlarda çox güman ki, Rusiya da bu prosesə qoşulacaq. Çünki Azərbaycana düşmən mövqedə olan qüvvələr yaxşı anlayırlar ki, ölkəmiz üçün suverenliyin təmin olunması və separatizmə son qoyulması nə qədər mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də, bizi bu mövzulardan vurmağa çalışacaqlar. Bunun da konkret yolları var. Bakıdakı məhkəmə prosesləri davam edən ermənilərin azadlığa buraxılması məsələsi gündəmə gətiriləcək və eyni zamanda, Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş ermənilərin kollektiv şəkildə geri qayıtması tələbi irəli sürüləcək. Halbuki Azərbaycan onların fərdi şəkildə qayıtmasına etiraz etmir, lakin kollektiv şəkildə geri dönüş tələbi hökumətimiz tərəfindən qəbul olunmur. Bunun əvəzində isə Azərbaycan tərəfi Qərbi Azərbaycandan, yəni Ermənistan ərazisindən qovulmuş soydaşlarımızın da geri qayıtması məsələsini gündəmə gətirir".

Politoloq qeyd etdi ki, ABŞ-də atılan bu addım, təbii ki, erməni lobbisinin təsiri altında qəbul edilmiş qərardır:

"Erməni lobbisi təkcə ABŞ-də deyil, Fransada, bir sıra digər Avropa ölkələrində, eləcə də Rusiyada kifayət qədər güclüdür. Biz isə bu cür addımlara hazır olmalıyıq. Xüsusilə də, Rusiyanın Azərbaycana qarşı atacağı mümkün düşmən addımların qarşısını almaq üçün maksimum səylə çalışmalıyıq. Çünki bu, bizim üçün daha ciddi təhlükə mənbəyi ola bilər. Odur ki, ABŞ-də atılmış bu addım bizi təəccübləndirməməlidir. Bundan əvvəl daha ağır qərarlar da qəbul olunub, o cümlədən bu günədək aradan qaldırılmayan Azadlığın Müdafiəsi Aktına 907-ci düzəliş nümunədir.

Azərbaycan hökumətinin həyata keçirdiyi müstəqil siyasətin əleyhdarları dünyada kifayət qədərdir. Onlar hər fürsətdən istifadə edərək ölkəmizə qarşı bu cür düşmənçilik addımları atmağa çalışacaqlar. Biz bunu bilməli, buna hazır olmalı və hər birimiz əlimizdən gələni etməliyik ki, belə qərarların qarşısını vaxtında ala bilək".

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ Dövlət Departamentinin yenidən icazə vermə prosesinin bir hissəsi kimi nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri