Icma.az
close
up
RU
ABŞ Konqresində “erməni təəssübü”

ABŞ Konqresində “erməni təəssübü”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Köhnə-yeni havalara qol qaldıranlar az deyil

ABŞ-ın sabiq Prezidenti Cozef Baydenin fəaliyyəti dövründə ermənipərəst mövqe tutan konqresmen və senatorlar o qədər “aktivləşmişdilər” ki, bu hay-küyçü kəsimi indinin özündə də sakitləşdirmək mümkün deyil. Onlar əllərinə düşən hər imkandaca özlərinin xəstə təfəkkürlərindən irəli gələn məsələləri qabartmaqdan çəkinmirlər. Beynəlxalq Dini Azadlıq Sammiti çərçivəsində Birləşmiş Ştatlar Konqresində keçirilmiş müzakirələr də məhz belələrinin “təşəbbüsüdür”.

Bəli, ABŞ Konqresində Qarabağ ermənilərinin hüquqları, bölgənin erməni mədəni irsinə qarşı təhdidlər və Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsi qaldırılıb. Bu az imiş kimi, ABŞ-ın hazırkı administrasiyasına mövcud istiqamətdə tədbirlərin görülməsi ilə bağlı çağırışlar səsləndirilib. Beynəlxalq Dini Azadlıq Sammitinin həmsədrləri – Sam Brovn bakın və Katrina Lantos Svitin keçirdikləri müzakirələrdə respublikaçı konqresmenlər Qus Bilirakis və Kris Smit, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Əlbəttə, onlara Amerikanın hay tör-töküntülərinin də dəstəyi olub. Yeri gəlmişkən, dəstəyin birbaşa sponsorluq tərəfi də var.

Adları çəkilən bu iki şəxs dini təqib və azadlıqlarla bağlı müzakirələrdə ABŞ-ın əvvəlki administrasiyasının fəaliyyətini ciddi tənqid edib, ən əsası, Baydenin komandasının xüsusən ermənilərlər bağlı siyasətini pisləyib. Təsəvvür edin, Ermənistana və erməni məsələsinə görə bütün beynəlxalq hüquq normalarını heçə sayan, hər cür yaramazlıqlara əl atan da Birləşmiş Ştatların sabiq administrasiyası idi, indi tənqid olunan da. Görəsən, qoca Co ermənilər üçün başqa nə etməli idi? Nəzərə alaq ki, Baydenin rəhbərlik etdiyi komanda erməni təəssübünə söykənmiş bütün tədbirlər bir yana, fəaliyyətinin ən son günlərində Birləşmiş Ştatlarla Ermənistan arasında strateji müttəfiqlik münasibətlərinə dair sənədin ərsəyə gəlməsinə nail olmuşdu. Görünür, ermənilərin ənənəvi nankorluq xəstəliyi konqresmenlərə də keçib. Yaxud, onların yerli erməni lobbi və diaspor təşkilatlarından aldıqları rüşvətin həcmi o qədər böyükdür ki, hər cür cəfəngiyyatı özlərinə rəva bilirlər.

Ancaq konqresmenlər Q.Bilirakisi və K.Smiti ABŞ-ın yeni ermənipərəstləri də adlandırmaq olar. O mənada ki, onlar hakim Respublikaçılar Partiyasının təmsilçiləridirlər. Nə etmək olar, deyəsən, Birləşmiş Ştatlarda erməni təəssübü çəkən konqresmen və senatorların yetişdirildiyi xüsusi konveyer var. Belələri yağışdan sonra çıxmış göbələklər, alaq otları kimidirlər. Ortaya atdıqları məsələlər isə son dərəcə primitivdir. Əvvəldə onların qaldırdıqları bəsit mövzu barədə məlumat verdik və məsələyə yenidən qayıdacağıq. Hələlik isə onu bildirək ki, adları çəkilən konqresmenlər Azərbaycanla yanaşı, Türkiyəni də günahlandırmağı yaddan çıxarmayıblar. Axı ermənipərəstlərin ənənəvi klişeləri üçün Bakıya və Ankaraya birlikdə tənqid yağdırmaq və bu yolla tragikomik dramatizmi ən yüksək səviyyəyə qaldırmaq təmayülü var.

Beləliklə, Q.Bilirakis və K.Smit Türkiyəni qondarma “erməni soyqırımı”nı inkar etdiyinə, Azərbaycanı isə Qarabağda “etnik təmizləməyə” görə hədəfə alıblar. Bu mənada ikinci daha “irəli” gedib. O, çıxışında Bakıda olarkən Prezident İlham Əliyevlə görüşünü xatırlayıb. “Mən Əliyevlə onun ofisində iki dəfə üz-üzə görüşdüm və onun erməni xalqı ilə bağlı siyasətini, xüsusən də Qarabağda insan haqlarına yanaşmasını müzakirə etdim”, – deyən K.Smit əlavə edib ki, ABŞ Ermənistan xalqı ilə dostluğunu və əməkdaşlığını dərinləşdirməlidir.

Bəli, konqresmenin dövlətimizin başçısı ilə görüşdən gəldiyi qənaətdə problem var. Azərbaycan dövləti erməni xalqı ilə düşmənçilik tərəfdarı deyil ki, koqresmenlərin mənasız təəssübünə ehtiyac duyulsun. Ancaq Smit bildirdikləri ilə kifayətlənməyib, eyni zamanda, “gəlin bunu tamamilə aydınlaşdıraq” deyərək, Birləşmiş Ştatların ermənipərəst xəttinin daha da qətiləşməsinə yönələn çağırış səsləndirib. Maraqlıdır, Vaşinqton nəyi aydınlaşdıracaqmış? Bəlkə Smit bu fikirdədir ki, ölkəsi Cənubi Qafqaza qoşun yeritməli, Amerika əsgəri Ermənistanın tərəfində Azərbaycana qarşı döyüşməlidir?

Əlqərəz, bilavasitə Qarabağ ermənilərinin hüquqlarına, bölgənin erməni mədəni irsinə qarşı təhdidlərə və Azərbaycanda saxlanılan erməni məhbuslar məsələsinə gəlincə, mövzuya dair Q.Bilirakis və K.Smitlə yanaşı, Vaşinqtonda yerləşən “Ay Data” erməni komitəsinin icraçı direktoru Aram Ambaryan da söz alıb. O, ABŞ-ın hazırkı administrasiyanın Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyinə, o cümlədən Azadlığa Dəstək Aktına ölkəmizə hərbi yardımı qadağan edən mənfur 907-ci düzəlişin şərtlərini yerinə yetirəcəyinə, Azərbaycanda saxlanılan erməni məhbusların azadlığa çıxmalarına və Qarabağın erməni əhalisinin ləyaqətlə geri qaytarılmasına səy göstərəcəyinə ümidvar olduğunu dilə gətirib: “Bu sammit koalisiya tərəfdaşlarının və xristian dostların dəstəyini Ermənistanı narahat edən problemlərin həllinə cəlb etmək üçün yaxşı fürsətdir”.

Göründüyü kimi, ABŞ ermənipərəstləri köhnə havalardadırlar. Onlar Ermənistan-Azərbaycan münasibətlərini, eyni zamanda, xristian təəssübkeşliyinin notlarına kökləmək yolunu tuturlar. Əslində, bu, dinlə bağlı tədbiri, yəni Beynəlxalq Dini Azadlıq Samnmitini siyasiləşdirmək, daha doğrusu, ona ekstremist ovqat gətirməkdən başqa bir şey deyil. Daha bir məqam isə odur ki, sammitin Birləşmiş Ştatlar Koqresində keçirilən müzakirəsinin sponsoru Amerika Erməni Assambleyasıdır. Ona görə də sözügedən qurumun nümayəndəsi Mariam Haloyana da tədbirdə sərsəmləmək üçün imkan verilib.

M.Haloyan bildirib ki, sammit icmalarla və qruplarla dialoq üçün yaxşı fürsətdir. Bunun nəticəsində onlar bir-birinin problemləri haqqında məlumatlı olurlar. Ən əsası isə o deyib: “Biz son bir neçə ildə Qarabağda baş verən etnik təmizləmə və digər hadisələr barədə məlumatlılığı artırır və Azərbaycanın erməni irsinə, mədəni və dini abidələrinə qarşı soyqırımı siyasətini davam etdirdiyini vurğulayırıq”.

Sonda qeyd edək ki, ABŞ Konqresində ermənipərəst müzakirələr Ermənistanın baş naziri Nikol Paşinyanın Birləşmiş Ştatlara səfəri ilə eyni vaxtda olub. Deməli, heç nə təsadüfi xarakter daşımır. Məqsəd Ağ evin yeni sahibi – Prezident Donald Trampın diqqətini “erməni məsələsi”nə yönəltməkdir. Bu gün N.Paşinyan və komandasının üzvləri Azərbaycanla sülhdən danışırlar. Ancaq, hazırda birbaşa dilə gətirməsələr də, ənənəvi “fəaliyyət” xəttində hansısa dəyişiklik yoxdur. Qarabağda etnik təmizləmə, bölgənin erməni mirası, Azərbaycanda saxlanılan erməni məhbuslar. Bu cəfəngiyyatlar ölkəmizin ərazi bütövlüyünü və suveren haqlarını şübhələndirən məqamlardır. Necə deyərlər, “köhnə hamam, köhnə tas”.

Nəzərə alaq ki, Konqresdəki müzakirələr rəsmi İrəvanın xeyir-duası olmasaydı, reallaşmazdı. Yəni göbələk-konqresmenlər elə-belədən ortaya atılmazdılar. Yenidən belə qənaətə gəlirik ki, Ermənistan rəhbərliyi hərəkət və davranışlarında qeyri-səmimidir. Bu mövqe isə bütövlükdə Cənubi Qafqazda barış mühitinin formalaşmasını ciddi şəkildə əngəlləyir. Ümid edək ki, Tramp Administrasiyası İrəvanın və havadarlarının çaldıqlarına qol qaldırmayacaq.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri