Icma.az
close
up
RU
ABŞ Konqresində Trampın üçüncü dəfə prezidentliyə namizədliyinə icazə verilməsi təklif olundu

ABŞ Konqresində Trampın üçüncü dəfə prezidentliyə namizədliyinə icazə verilməsi təklif olundu

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ Konqresində ölkə tarixində mühüm siyasi mübahisə yaradacaq təklif irəli sürülüb. AzPost xəbər verir ki, Respublikaçılar Partiyasının üzvü Rendi Fayn Donald Trampa üçüncü dəfə prezident seçkilərində iştirak etməyə icazə verilməsi ideyasını gündəmə gətirib.

Faynın sözlərinə görə, bu təşəbbüs ABŞ Konstitusiyasının 22-ci düzəlişinin ləğvi ilə mümkündür. Qeyd edək ki, həmin düzəliş 1951-ci ildə qəbul edilib və bir şəxsin yalnız iki dəfə prezident seçilməsinə icazə verir.

Konqresmen bildirib ki, bu təklif Trampın Yaxın Şərqdə sülh prosesinə verdiyi töhfələr ilə əlaqədardır. Onun fikrincə, əgər İsrail və HƏMAS arasında sülh razılaşması qalıcı nəticə versə və bütün girovlar azad edilsə, Tramp “ölkə üçün daha bir prezidentlik dövrünə layiq” sayılmalıdır.

Rendi Fayn qeyd edib: “Əgər Donald Tramp Yaxın Şərqdə sülhü bərqərar edə bilirsə, 22-ci düzəlişin qüvvədə qalması ədalətsizlik olar. Onun hər bir prezidentlik günü Amerika üçün xeyirdir”, – deyə o, “Fox News”a açıqlamasında bildirib.

Təklif ABŞ siyasətində böyük rezonans doğurub. Demokratlar bu ideyanı “Konstitusiyanın əsas prinsiplərinə zidd” adlandırıblar. Siyasi ekspertlər isə hesab edirlər ki, 22-ci düzəlişin ləğvi praktiki olaraq mümkünsüzdür, çünki bu, həm Konqresin, həm də əyalətlərin üçdə ikisinin dəstəyini tələb edir.

Tramp tərəfdarları isə hesab edirlər ki, keçmiş prezidentin “ABŞ iqtisadiyyatına və beynəlxalq siyasətə təsiri” onu tarixdə istisna fiqur kimi göstərir. Qeyd olunur ki, Trampın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında müvəqqəti atəşkəs sazişi əldə olunub, HƏMAS isə 72 saat ərzində girovları azad etməyə razılaşıb.

Hazırda 22-ci düzəlişin ləğvi yalnız təklif səviyyəsindədir. Amma müzakirələrin başladılması belə, Trampın ABŞ siyasətində təsir gücünü bir daha ortaya qoyur.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: “Antifa” hərəkatını maliyyələşdirənlərə qarşı tədbir görəcəyik

09 Oktyabr 2025 01:29see176

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see166

İcazə verməyəcəm ki, Çexiya NATO nu tərk etsin Babiş

09 Oktyabr 2025 01:53see157

Payızda ailəvi tətillər üçün ən yaxşı beş şəhər

09 Oktyabr 2025 10:37see157

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see152

Keçmiş dünya çempionunun oğlu asılmış vəziyyətdə tapılıb

09 Oktyabr 2025 03:14see148

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see146

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see146

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see137

İnək südündən 10 dəfə daha faydalı: Sümükləri möhkəmləndirir...

09 Oktyabr 2025 04:06see130

Hədəf “Qarabağ”dır: “Atletik” Ağdam klubu ilə oyunadək hücum xəttini bərpa etmək istəyir

09 Oktyabr 2025 01:19see129

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see129

Hadrutun işğaldan azad olunmasından 5 il ötür

09 Oktyabr 2025 00:02see128

Çeferin Ronaldonu futbol tarixinin üç ən böyük oyunçusundan biri sayır

09 Oktyabr 2025 00:28see127

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see123

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see123

Fransız siyasətçi fon der Leyeni özbaşınalıqda ittiham edib

08 Oktyabr 2025 22:16see123

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see122

Reşford meydana nə vaxt dönəcək?

08 Oktyabr 2025 23:26see121

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri