Icma.az
close
up
RU
ABŞ Konqresmenləri Brüsselə: Macarıstan seçkilərinə müdaxiləni dayandırın

ABŞ Konqresmenləri Brüsselə: Macarıstan seçkilərinə müdaxiləni dayandırın

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın Respublikaçı konqresmenləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə ünvanladıqları məktubda, 12 aprel parlament seçkiləri öncəsi Avropa İttifaqı institutlarının Macarıstanın daxili işlərinə birbaşa müdaxiləsi ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.

Bizimyol.info xəbər verir ki, məktubun surətini Macarıstan Baş naziri Viktor Orbanın adını daşıyan siyasi müşaviri Balaj Orban "Facebook" səhifəsində paylaşdı. Məktubu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Kristofər Smit (Nyu-Cersi ştatı) və Endi Harris (Merilend ştatı) imzalayıb.

Amerikalı qanunvericilər fon der Lyayenə müraciət edərək Avropa Komissiyasının Macarıstan seçkiləri ilə bağlı hərəkətlərinə “dərin narahatlıq” ifadə etdiklərini bildiriblər. Onların fikrincə, bu addımlar “üzv dövlətin vəziyyəti ilə bağlı siyasi mövqelərin ifadə edilməsinin adi çərçivələrini aşır”.

Smit və Harris qeyd ediblər ki, “bu hərəkətlərin bütövlükdə Macarıstanın daxili siyasi həyatına, KİV-lərə və vətəndaş cəmiyyətinə birbaşa və dolayı müdaxilə nümunəsi təşkil edir”.

Onlar hesab edirlər ki, bu cür davranışlarla Avropa İttifaqı “öz institutlarının neytrallığı və üzv dövlətlərin suveren demokratik proseslərinə hörməti” barədə etibarı zədələyə bilər.

Məktubda həmçinin vurğulanır ki, Macarıstan rəsmiləri, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Avropa İttifaqı ilə bağlı əhəmiyyətli maliyyələşdirmənin KİV-lər, insan haqları təşkilatları və Macarıstanda fəaliyyət göstərən QHT-lər arasında bölgüsü ilə bağlı narahatlıqlarını dəfələrlə ifadə ediblər. “Macarıstanda geniş yayılmış fikir belədir ki, bu maliyyə axınlarının böyük əksəriyyəti hazırkı hökuməti tənqid edən təşkilatlara fayda verir,” — deyə ABŞ konqresmenlərinin məktubunda bildirilir.

Smit və Harris Avropa İttifaqı institutlarının bu hərəkətləri nəticəsində “AB-nin Macarıstanın daxili siyasətində fəal və tərəfkeş iştirakçı olduğu” təəssüratının yarandığını bildiriblər. Buna görə də onlar fon der Lyayenədən Avropa İttifaqının bu hərəkətlərinə dair ciddi suallara cavab verməsini tələb ediblər.

Son aylarda Macarıstan hökuməti dəfələrlə Brüsselin ölkədəki seçki kampaniyasına müdaxilə etməyə çalışdığını, məqsədin isə hazırkı hakimiyyətin vəziyyətini çətinləşdirmək və siyasi müxalifətə dəstək göstərmək olduğunu açıqlayıb.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 Aprel 2026 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri