Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

ABŞ konqresmenləri “erməni cəfakeşləri” rolunda

ABŞ konqresmenləri “erməni cəfakeşləri” rolunda

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Konqresinin bir qrup ermənipərəst üzvü mütəmadi olaraq ölkəmizə qarşı qərəzli kampaniya aparır. Bu baxımdan, Azərbaycanda dünyanın ən mötəbər tədbiri olan COP29-un keçirilməsi onların ölkəmizə yönəlik yalan və böhtan üzərində qurulmuş təbliğatları üçün “fürsət” kimi görünür. Çünki COP29 ərəfəsində və onun keçirildiyi günlərdə beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycandadır.

Konqresmenlər ANCA-dan maliyyə dəstəyi alır

Xatırladaq ki, oktyabrın 3-də bir qrup konqresmen ABŞ Dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə etmişdilər. Konqresmenlər Azərbaycanın COP29-a ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışmışdılar.

Əslində, bu, Konqres tərəfindən  ilk belə hal deyildi. Qeyd etdiyimiz kimi, ABŞ Konqresinin Ermənistana lobbiçilik edən üzvləri vaxtaşırı olaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Həmin konqresmenlərin ABŞ-dakı erməni təşkilatı olan Amerika Erməni Milli Konqresi (ANCA) tərəfindən maliyyə dəstəyi alması hər kəsə məlumdur. Bu konqresmenlərdən Frank Pelloni və Ed Markin isə COP29 çərçivəsində Azərbaycana səfər etmişdilər. Ermənipərəst konqrersmenlər ölkəmizdə KİV-in və vətəndaş cəmiyyətinin haqlı etirazları ilə qarşılaşmışdılar. Onlar ABŞ-a qayıtdıqdan sonra isə özlərindən “erməni cəfakeşləri” obrazı yaratmağa çalışıblar.  Bu da cəmiyyətimizdə etirazlara səbəb olub.

Ombudsman: Frank Pelloni və Ed Markin yeni münaqişə ocaqlarının yaradılmasına çalışır

Belə ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, amerikalı konqresmenlər Frank Pelloni və Ed Markinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirdə iştirakından sonra ölkəmizə səfərinə dair həqiqəti əks etdirməyən açıqlamaları dərin təəssüf hissi doğurur. Ombudsmanın fikrincə, konqresmenlərin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı irəli sürdüyü iddialar onların ölkəmizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir: “Həmin konqresmenlərin həqiqəti əks etdirməyən yanaşmaları əvəzinə, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış yüz minlərlə soydaşlarımızın geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsini heç bir ayrı-seçkiliyə yol vermədən önə çıxarmalarını gözləyərdik. Eyni zamanda, konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının 20 faizinin bu ölkə tərəfindən otuz ilə yaxın müddət ərzində işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırlatmaq istərdik”.

S.Əliyeva deyib ki, biz Frank Pelloni və Ed Markinin indiki həssas bir dövrdə regionda dayanıqlı sülhün bərqərar olunması ilə bağlı addımlar atmaq yerinə, yeni münaqişə ocaqları yaradılması istiqamətində mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Pelloninin öz çıxışında Amerika Birləşmiş Ştatlarının belə tanımadığı, legitim olmayan bir “qurumun” və onun müharibə cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilmiş “rəhbərinin” adını hallandırması, başqa ölkənin daxili işinə qarışması, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini heçə sayması “həmin konqresmen hansı siyasi dairələrə xidmət edir?” sualına cavab vermiş olur.

Ombudsman onu da qeyd edib ki, həmin konqresmenlərin Ermənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, o cümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına, Birinci Qarabağ müharibəsindən indiyədək itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə bu ölkə tərəfindən indiyədək ölkəmizə hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalması da onların qərəzli olduğunu növbəti dəfə sübut edir: “Konqresmen Pelloninin COP29 zamanı müstəqil mətbu orqanların nümayəndələri tərəfindən ona ünvanlanmış suallardan yayınmasını və tutarlı arqumentlərə cavab verə bilməməsini sonradan cəfəng iddialarla əsaslandırması onun söz və mətbuat azadlığına olan dözümsüzlüyünün bariz nümunəsidir”. S.Əliyeva ABŞ konqresmenlərinin açıq-aşkar erməni lobbisinin tapşırıqları əsasında irəli sürdükləri əsassız və qərəzli fikirlərini bir daha qınayıb, onları beynəlxalq hüquqa hörmət etməyə, milli zəmində münaqişə yaradılmasına cəhd göstərməməyə dəvət edib.

İcma: F.Pelloni və onun kimi siyasətçilər şər-böhtan, şantaj siyasətinə üstünlük verirlər

Qərbi Azərbaycan İcması isə bəyan edib ki, ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frank Pelloni COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır. İcmanın bəyanatında qeyd olunub ki, F.Pelloni onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.

Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Pelloniyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur. Lakin F.Pelloni dinc nümayişçilərin qarşısına çıxaraq onlardan üzr istəmək və qaldırdıqları suallara cavab vermək əvəzinə, mühafizəçilərini, aralarında qadınlar olan dinc nümayişçilərin üzərinə göndərib və onların xəsarət almasına səbəb olub.

“F.Pelloninin səfərdən sonra verdiyi bəyanatlar onun Azərbaycana nə iqlim dəyişikliyi konfransında iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi”,-deyə bəyanatda vurğulanıb ki, Azərbaycan dövləti və ictimaiyyəti həmişə dialoqun tərəfdarı olub. F.Pelloni və onun kimi bəzi irqçi siyasətçilər isə əksinə həmişə dialoqdan qaçıb, şər-böhtan, şantaj siyasətinə üstünlük veriblər. Qərbi Azərbaycan İcması F.Pelloninin ucuz şoularını və onun nümunəsində bəzi Qərb dairələrində kök salmış azərbaycanofob meyilləri kəskin şəkildə qınayır, bu siyasətçilərdən regionda sülhün bərqərar olmasına maneçilik törətməməyə və Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququna hörmətlə yanaşmağı tələb edib.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri