ABŞ körfəzə hərbi kontingent toplayır
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
ABŞ və İran arasında danışıqların dalana dirənməsi müharibə ritorikasının daha açıq formda diqqət çəkməsinə səbəb olub.
Tribunainfo.az xəbər verir ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff da buna işa vuran açıqlama verib.
O deyib ki, ABŞ prezidenti Donald Trampın mümkün yeni nüvə sazişi ilə bağlı İranın dini lideri Əli Xamneyiyə müraciəti hərbi əməliyyatlardan qaçmaq cəhdidir. “Bizim hər şeyi hərbi yolla həll etməyə ehtiyacımız yoxdur. Bizim İrana siqnalımız budur: gəlin oturaq. Görək, dialoq və diplomatiya yolu ilə lazımi nəticəyə nail ola biləcəyikmi?. Əgər bacarırıqsa, biz bunu etməyə hazırıq”.
O daha sonra bildirib ki, əgər İran razılaşmasa onlar alternativə əl atmalı olacaqlar.
Bu əsnada, ABŞ Fars körfəzinə son bir həftədə iki təyyarədaşıyan gəmisini göndərib. Bundan başqa, bölgədə B-52 strateji bombardmançı təyyarələrin iştirakı ilə hərbi təlimlər keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 24 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















