Icma.az
close
up
RU
ABŞ la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir

ABŞ la imzalanan strateji tərəfdaşlıq sənədi ilə Azərbaycan ixrac və elektron ticarətdə yeni imkanlar əldə edir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında ABŞ dövlət başçısının iştirakı ilə sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı, həm də ixracatçılarımız üçün yeni imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov yeni ixrac imkanları barədə əsas məqamları şərh edib. O deyib: “Artıq bir neçə ildir çalışırıq ki, “Azexport” portalının imkanlarından faydalanmaqla Azərbaycan məhsullarının ən qısa zamanda və ən aşağı logistik xərclə dünya bazarlarına çıxış imkanlarını tapmağa çalışırıq. Yeni geosiyasi reallıq isə məhz buna xidmət edəcək. Belə ki, Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru yolu vasitəsilə birləşməsi Azərbaycan istehsalçıları üçün Türkiyə limanlarına çıxışı sürətləndirəcək. Bu isə Avropa və Amerika bazarlarına daşınma müddətini əhəmiyyətli dərəcədə azaldacaq”.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, “Amazon”, “Etsy” və digər qlobal platformalarda elektron ticarətlə məşğul olan şirkətlər üçün logistik imkanların genişlənməsi təkcə qiymət üstünlüyü deyil, həm də zaman üstünlüyü yaradır. Bilirik ki, Azərbaycanın ərzaq məhsulları dünya bazarında təbii, keyfiyyətli və dadlı olması ilə seçilir. Həmçinin bu kateqoriyadan olan məhsullar əsasən məhdud istifadə müddəti ilə seçildiyindən onların ixracında zəruri tələblər daha sərt şəkildə nəzarətdə saxlanılır. Belə olan halda, logistik imkanların daha əlçatan olması malların ixrac bazarında rəqabət imkanlarını genişləndirir, ixracı stimullaşdırır. Məhdud istifadə müddəti olan məhsullar, məsələn, qida, çiçək və dərmanlar artıq daha qısa müddətdə və keyfiyyət itkisi olmadan ABŞ və Avropa bazarlarına çatdırıla biləcək.

Portal rəhbəri əlavə edir ki, yeni imkanlar Azərbaycan məhsullarını Amerika və Avropa bazarlarında daha möhkəm mövqe tutmağa dəstək olacaq. Belə ki, ABŞ-a ixracımızda artıq mühüm paya sahib olan ərzaq məhsulları (cem, mürəbbə, meyvə jelesi, meyvə püreləri), aqrar kimyəvi məhsullar (azot gübrələri), sənaye xammalı (ferrosilisium ərintiləri, ilkin polimerlər), eləcə də alüminium vərəqlər və konstruksiya qurğuları bu yeni dəhliz sayəsində daha ucuz, daha sürətli və daha rəqabətədavamlı şəkildə bazara çıxacaq.

Bununla yanaşı, “OTS Made” brendinin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə istehsal-ixrac təşəbbüslərinin genişlənməsi də yeni mərhələyə qədəm qoyur. Türk dövlətlərində istehsal olunan məhsullar artıq bu imkanlardan istifadə etməklə dünya bazarlarına daha sürətli və ucuz çıxış əldə edəcək. Bu, həm regional ticarət əlaqələrini möhkəmləndirəcək, həm də ixracatçıları rəqabət üstünlüyü ilə təmin edəcək.

Ən önəmlisi isə odur ki, formalaşan bu yeni logistika reallığı Azərbaycanı qlobal e-ticarət platformaları üçün strateji əhəmiyyətli mərkəzə çevirir. ABŞ və Avropa bazarlarına daşınma vaxtının azalması, Türkiyə limanlarına sürətli çıxış və həm Şərq, həm Qərb bazarlarına eyni dərəcədə yaxın mövqeyimiz “Amazon”, “eBay”, “Alibaba” kimi nəhəng platformalar üçün ölkəmizi potensial regional loqistika mərkəzinə çevirə bilər. Bu şirkətlər üçün Azərbaycanda anbar və paylama mərkəzləri qurmaq həm xərcləri azaldar, həm də Yaxın Şərq, Mərkəzi Asiya və Avropa bazarlarına eyni nöqtədən xidmət göstərmək imkanı yaradar. Belə bir mərkəz həm Azərbaycan istehsalçılarının məhsullarını daha asan ixrac etməsinə, həm də ölkəyə xarici investisiyaların artmasına xidmət edəcək.

Ayxan Qədəşov vurğulayıb ki, ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədində rəqəmsallaşma və süni intellektin inkişafı da prioritet istiqamət kimi müəyyən olunub. Bu da öz növbəsində elektron ticarətdə innovativ həllərin tətbiqini sürətləndirəcək, Azərbaycan şirkətlərinin qlobal bazarlarda mövqeyini gücləndirəcək. İnvestisiyaların, yeni texnologiyaların və kənd təsərrüfatında müasir aqrotexnologiyaların ölkəmizə gətirilməsi həm istehsal həcmini, həm də ixrac keyfiyyətini artıracaq. Formalaşan yeni reallıq təkcə sülhün deyil, eyni zamanda, davamlı iqtisadi inkişafın, rəqabətədavamlı ixracın və qlobal elektron ticarət imkanlarının zəmanətçisi ola bilər: “Azexport” olaraq biz bu imkanların maksimum dərəcədə reallaşması üçün bütün ixracatçılarımızla birlikdə daha aktiv, daha hədəfli fəaliyyət göstərəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri