ABŞ la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər.
Axar.az xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin müşaviri Tsyu Venszin bildirib.
Çin Sədri Si Szinpinin sentyabrın 23-25-də ABŞ-a səfərindən danışan müşavir qeyd edib:
“Bu səfər bütün problemlərin həllinə gətirib çıxara bilməz. Lakin o, iki ölkənin irəliləməsi və daha çox nəticə əldə etməsi üçün çox möhkəm təməl qoydu.
Şəxsən mən inanıram ki, Çin və ABŞ hazırda tarixi bir prosesdən keçir. Bu proses iki böyük dövlətin bir-biri ilə yola getməsi üçün düzgün yolu tapmağa yönəlib. Bu, presedenti olmayan bir vəziyyətdir. Əlbəttə, düşünmürəm ki, məqsədimizə cəmi bir neçə il ərzində çata bilərik. Bunun üçün təxminən on il və ya daha çox vaxt lazım ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Oktyabr 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















