ABŞ Lark adasını hədəf aldı: Ölənlər var
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Lark adasına hücumuna cavab veriləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, qurum hücum nəticəsində İran hərbçiləri və mülki şəxslər arasında ölən və yaralananların olduğunu bildirib.
İran mediasının məlumatına görə, ABŞ-ın Lark adasına zərbəsindən sonra ərazidə partlayış səsləri eşidilib. İranın Fars Xəbər Agentliyi partlayışların baş verdiyini, lakin onların dəqiq yeri və səbəbinin ilkin olaraq məlum olmadığını bildirib.
İranın Tasnim Xəbər Agentliyi isə Lark adasındakı bir əraziyə PUA hücumu həyata keçirildiyini yazıb. Agentlik qeyri-rəsmi mənbələrə istinadən hücum nəticəsində iki nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib.
İnqilab Keşikçiləri isə ABŞ-ın hücumunu təsdiqləyərək ölən və yaralananların olduğunu açıqlayıb və hücuma cavab veriləcəyini bəyan edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 31 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















