Icma.az
close
up
RU
ABŞ Latın Amerikasına yüzlərlə hərbçi göndərir

ABŞ Latın Amerikasına yüzlərlə hərbçi göndərir

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi narkotik qaçaqmalçılığına qarşı mübarizə əməliyyatlarını genişləndirmək məqsədilə Latın Amerikası ölkələrinə yüzlərlə hərbçi göndərməyə başlayıb.

Bu barədə "The New York Times” (NYT) qəzeti məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, ABŞ Quru Qoşunlarının 600 hərbi qulluqçusunun Panamaya göndərilməsi prosesinə artıq başlanılıb. Hərbçilər burada cəngəllik şəraitində döyüş hazırlığı keçəcəklər.

Daha sonra onların Kolumbiya və Hondurasda yerli hərbi qüvvələrlə birgə təlimlərdə iştirak etməsi nəzərdə tutulur.

Bundan başqa, amerikalı hərbçilər narkotik qaçaqmalçılığında şübhəli bilinən şəxslərə qarşı reydlər zamanı ABŞ Xüsusi Əməliyyat Qüvvələrinə dəstək göstərəcəklər.

NYT yazır ki, hərbi kontingentin regiona yerləşdirilməsi müvəqqəti xarakter daşısa da, gələcəkdə ABŞ-nin Latın Amerikasında daimi hərbi mövcudluğunun genişlənməsinə səbəb ola bilər.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələri 2025-ci ilin payızından etibarən narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində Karib dənizi və Sakit okeanın şərq hissəsində şübhəli gəmilərə zərbələr endirir. Əməliyyat "Cənub nizəsi” adlandırılır.

"The Wall Street Journal”ın daha əvvəl yaydığı məlumata görə, son 13 ay ərzində ABŞ hərbçiləri 70-dən çox gəmini məhv ediblər. Bu əməliyyatlar nəticəsində təxminən 240 nəfər həlak olub, narkotik ticarəti ilə məşğul olan cinayətkar qruplaşmalar isə 1,5 milyard dollar dəyərində kokain yükünü itiriblər.

Bununla belə, nəşr ABŞ-nin hava zərbələrinin kokain istehsalının rekord artımının qarşısını ala bilmədiyini və böyük həcmdə narkotik vasitələrin ölkəyə daxil olmaqda davam etdiyini bildirib.

///teleqraf///

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 15 Oktyabr 2026 04:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri