Icma.az
close
up
RU
Almaniya Prezidentinin Latın Amerikasına yeddigünlük səfəri başlayır

Almaniya Prezidentinin Latın Amerikasına yeddigünlük səfəri başlayır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer fevralın 28-də Latın Amerikası regionuna yeddigünlük səfəri başlayır.

AZƏRTAC Almaniya Prezidentinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, martın 6-dək davam edəcək səfər Uruqvaydan başlayacaq. Prezident Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender martın 2-dək bu ölkədə səfərdə olacaqlar. Səfər çərçivəsində dövlət başçısı Uruqvay Prezidenti Yamandu Orsinin vəzifəyə başlaması mərasimində və rəsmi qəbulda iştirak edəcək. Ertəsi gün isə dövlət başçılarının görüşü nəzərdə tutulub.

Martın 2-də Paraqvaya səfər edəcək Almaniya Prezidenti bu ölkə üzrə ekspertlərlə görüşəcək, Milli Qəhrəmanlar Panteonunu ziyarət edəcək. Sonra rəsmi qarşılanma mərasimi, Paraqvay Prezidenti Pena Palasios ilə görüş və birgə mətbuat konfransı təşkil olunacaq. Dövlət başçısına UNESCO-nun mədəni irs siyahısına daxil olan Quarania musiqisi də təqdim ediləcək.

Almaniya Prezidentinin regiona səfəri Çili ilə yekunlaşacaq. Daha məhsuldar olacaq bu səfər çərçivəsində martın 4-də Çilidə vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş, ikitərəfli iqtisadi əlaqələrə dair dəyirmi masanın açılışı, Santyaqoda Alman Məktəbi, eləcə də Xatirə və İnsan Haqları Muzeyi ilə tanışlıq da nəzərdə tutulur. Səfərin növbəti günündə isə Çili Prezidenti tərəfindən rəsmi qarşılanma mərasimi, ikitərəfli görüşlər, mətbuat konfransı və ziyafət təşkil olunacaq. Almaniya Prezidentinin regiona səfəri martın 6-da “Son dərəcə Böyük Teleskop” kompleksinin tikintisi və “Çox Böyük Teleskop” kompleksi ilə tanışlıqla başa çatacaq. Həmin gün dövlət başçısı Berlinə yola düşəcək.

 
Elvin Mövsüm 

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri