Icma.az
close
up
RU
ABŞ lə münasibətlərdə yeni səhifə açıla bilər Fariz İsmayılzadə

ABŞ lə münasibətlərdə yeni səhifə açıla bilər Fariz İsmayılzadə

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Son dövrlərdə ABŞ-Azərbaycan münasibətləri yeni dinamika qazanmaqdadır. Geosiyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda tərəflər arasında əməkdaşlıq formatları təkcə siyasi sahədə deyil, iqtisadi, enerji və təhlükəsizlik müstəvisində də daha praqmatik və qarşılıqlı faydaya əsaslanan konturlarla inkişaf edir. Azərbaycanın regionda sabitlik və davamlı inkişaf naminə apardığı siyasət, eləcə də Qarabağ və Zəngəzur bölgəsindəki bərpa işləri beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ tərəfindən diqqətlə izlənir.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı Fariz İsmayılzadə bildirib ki, son illər ABŞ-də baş verən siyasi dəyişikliklər bu ölkənin Cənubi Qafqaz siyasətinə və Azərbaycanla münasibətlərinə də öz təsirini göstərməkdədir:

“Bildiyiniz kimi, Co Bayden və administrasiyası dövründə erməni lobbisi ilə daha sıx əlaqələr mövcud idi. Xüsusilə ANCA (Erməni Milli Komitəsi) kimi təşkilatlar administrasiyaya təsir imkanlarına malik idi. Həmçinin, həmin administrasiyada ermənipərəst mövqe sərgiləyən siyasətçilərin, o cümlədən ABŞ-nin keçmiş BMT-dəki səfiri Samanta Pauerin də rolu nəzərəçarpan olub. Lakin hazırkı dövrdə Trampın siyasi xəttində erməni lobbisinin təsiri daha zəif görünür”.

Deputatın sözlərinə görə, Trampın hakimiyyətə qayıtması və ya ona yaxın çevrələrin proseslərdə aktivləşməsi ABŞ-nin bölgəyə baxışında daha realist və iqtisadi maraqlara söykənən siyasətə yol aça bilər:

“Tramp biznesmen keçmişindən irəli gələrək seçki kampaniyasında əsasən öz maliyyə resurslarına arxalanıb və erməni diasporasından maddi dəstək almayıb. Bu da onun siyasətində daha praqmatik və balanslı yanaşmanı formalaşdırıb. Tramp administrasiyasının Azərbaycana münasibətdə daha real, qarşılıqlı faydaya əsaslanan, xüsusilə iqtisadi və enerji layihələrində əməkdaşlığı önə çıxaran siyasət yürütməsi müşahidə olunur. Azərbaycan da öz növbəsində bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Bu mənada ABŞ ilə münasibətlərdə yeni, strateji bir səhifənin açıla bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 25 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri