ABŞ Maliyyə Nazirliyi Çinin dəstəklədiyi kiberhücumun hədəfi olub
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, nazirlikdən məsələ ilə bağlı Konqresə göndərilən məktubda “əhəmiyyətli bir hadisənin” baş verdiyinin müəyyən edildiyi bildirilib.
Dekabrın 8-də Departament üçüncü tərəf proqram təminatçısı "BeyondTrust" bildirib ki, hakerlər Xəzinədarlıq Departamentinin ofislərinin son istifadəçilərinə uzaqdan texniki dəstək göstərmək üçün istifadə edilən bulud xidmətinə giriş əldə ediblər.
Belə ki, qeyd olunub ki, hakerlər bəzi iş stansiyalarına uzaqdan giriş əldə ediblər və bəzi məxfi sənədlərə daxil olublar. Sözügedən hadisənin Çin dövlətinin dəstəklədiyi aktor tərəfindən törədildiyi bildirilib.
Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən açıqlamada, hadisə ilə bağlı Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinə (CISA) müraciət edildiyi və bunun təsirini müəyyən etmək üçün təhlükəsizlik qüvvələri ilə birlikdə çalışdığı ifadə edilib.
Bəyanatda: ""BeyondTrust" təhlükəsi ilə üzləşmiş xidmət oflayn rejimdən götürülüb və təhlükə aktorunun Xəzinədarlıq sistemlərinə və ya məlumatlarına çıxışını davam etdirdiyinə dair heç bir sübut yoxdur", - deyə bildirilir.
O da vurğulanır ki, Xəzinədarlıq öz sistemlərinə və məlumatlarına qarşı bütün təhdidləri çox ciddi qəbul edir: "Xəzinədarlıq son dörd il ərzində kibermüdafiəsini əhəmiyyətli dərəcədə gücləndirib və biz maliyyə sistemimizi təhlükə aktorlarından qorumaq üçün həm özəl, həm də dövlət sektoru tərəfdaşları ilə işləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd edilib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 31 Dekabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















