Icma.az
close
up
RU
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaları yumşaldır

ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaları yumşaldır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini açıqlamasından sonra ilk addımı ABŞ Maliyyə Nazirliyi atıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada ABŞ prezidenti Trampın açıqlamasına uyğun olaraq Suriyaya qarşı sanksiyaların dərhal yumşaldılmasını təmin etmək üçün ümumi lisenziyanın verildiyi bildirilib.

Açıqlamada, ümumi lisenziyanın Suriya Sanksiyaları Qaydası çərçivəsində qadağan olunmuş əməliyyatlara icazə verərək, Suriyaya qarşı sanksiyaları effektiv şəkildə aradan qaldırdığı qeyd edilib.

Açıqlamada, lisenziyanın “Öncə Amerika” strategiyasına uyğun olaraq yeni investisiyalar və özəl sektor fəaliyyətləri üçün yol açacağı, həmçinin ABŞ Dövlət Departamentinin də Sezar Suriya Mülki Müdafiə Aktı (Sezar Aktı) çərçivəsində ABŞ-a, tərəfdaşlarına, müttəfiqlərinə və bölgəyə Suriyanın potensialını daha da açmağa imkan verən bir istisna verəcəyi qeyd edilib.

Bəyanatda: “Bu, ABŞ hökumətinin Suriyaya Bəşər Əsəd rejiminə son qoymağa görə tətbiq etdiyi bütün sanksiyaları ləğv etmək üçün göstərdiyi daha geniş səylərin bir hissəsidir”, - deyə qeyd edilir.

ABŞ hökumətinin bəyanatında "sabit, vahid, özü və qonşuları ilə barışıq" olan Suriyanı dəstəkləməkdə qərarlı olduğu vurğulanıb və ABŞ-ın Suriyadakı inkişafı və tərəqqiləri izləməyə davam edəcəyi bildirilib.

Açıqlamada, lisenziyanın terror təşkilatlarına, insan haqlarını pozan və müharibə cinayətləri törədənlərə, narkotik tacirlərinə və ya keçmiş Əsəd rejiminə heç bir xidmət göstərməyən Suriya iqtisadiyyatının bütün sahələrində fəaliyyətləri asanlaşdıracağı bildirilib. Keçmiş Əsəd rejiminin “əsas dəstəkçiləri” kimi qələmə verilən Rusiya, İran və ya Şimali Koreyanın xeyrinə əməliyyatlara icazə verilmədiyi də qeyd edilib.

Açıqlamada ABŞ-ın Suriyanın iqtisadiyyatı, maliyyə sektoru və infrastrukturunun xarici siyasət maraqlarına uyğun olaraq yenidən qurulmasına kömək etməyi hədəflədiyi, Suriyaya yeni investisiyaların cəlb edilməsinin və yeni hökumətin dəstəklənməsinin vacib olduğu bildirilib.

Həmçinin qeyd olunub ki, Suriyanın yeni hökuməti və ümumi lisenziyada göstərilən müəyyən şəxslərlə bütün əməliyyatlara icazə verilsə də, ABŞ maliyyə qurumlarının Suriya Kommersiya Bankında hesab aparmasına icazə vermək üçün müstəsna güzəşt də verilib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən ümumi lisenziya Suriya prezidenti Əhməd Şara və onun hökuməti, həmçinin Suriya Mərkəzi Bankı, bəzi Suriya bankları, enerji şirkətləri və ictimai qurumlarla əməliyyatlar aparmağa icazə verib.

Digər tərəfdən ABŞ dövlət katibi Marko Rubio da yazılı açıqlama verərək, Suriya sanksiyalarının yumşaldılmasına yanaşmasını paylaşıb.

Rubio: “Prezident Trampın Suriyaya qarşı sanksiyaları yumşaltmaq əmrinə uyğun olaraq, Suriyanın bərpasına və yenidən qurulmasına kömək etmək üçün Sezar Aktı sanksiyalarından 180 gün müddətinə imtina etmək qərarına gəldim. Bu istisnalar elektrik enerjisi, enerji, su və kanalizasiya xidmətlərinin təmin edilməsini asanlaşdıracaq və Suriyada daha effektiv humanitar reaksiyaya şərait yaradacaq”, - deyib.

Rubio həmçinin, sözügedən sanksiyalardan azad edilmənin “Trampın Suriya ilə ABŞ arasında yeni bir əlaqə qurmaq vizyonunun” həyata keçirilməsində mühüm bir addım olacağını vurğulayıb.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri