Icma.az
close
up
RU
ABŞ məhkəməsi OpenAI ni silinmiş ChatGPT söhbətlərini saxlamağa məcbur etdi

ABŞ məhkəməsi OpenAI ni silinmiş ChatGPT söhbətlərini saxlamağa məcbur etdi

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Manhetten dairə məhkəməsinin qərarına əsasən, OpenAI şirkəti istifadəçilər tərəfindən silinmiş hesab edilən bütün ChatGPT söhbətlərini belə saxlamaqla yükümlü olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill” məlumat yayıb.

Qərar "The New York Times”ın OpenAI-yə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı başladığı məhkəmə prosesində sübutların saxlanılması tələbinə əsaslanır. Hakim Sidni Stayn ötən həftə əvvəlki müvəqqəti qərarı qüvvədə saxlayaraq, OpenAI-yə bütün istifadəçi məlumatlarını qoruyub saxlamağı əmr edib. Bu qərar 70 milyondan çox istifadəçinin konfidensiallıq anlayışını ciddi şəkildə sarsıdır.

İstifadəçilər ChatGPT ilə tez-tez tibbi məsələlərdən şəxsi münasibətlərə, psixoloji travmalara qədər həddindən artıq şəxsi məlumatları bölüşür və bu məlumatların daimi silinəcəyinə ümid edirlər. Lakin yanvar ayında verilmiş məhkəmə qərarı "əks halda silinəcək bütün ilkin məlumatların” saxlanılmasını tələb edir.

Hakim Stayn son qərarında qeyd edib ki, bəzi istifadəçilərin müəllif hüquqlarını pozduqlarını gizlətmək məqsədilə söhbətləri silmiş ola biləcəkləri fərz edilə bilər. O, həmçinin bildirib ki, bu məlumatların saxlanması OpenAI-nin məxfilik siyasətini pozmur, çünki həmin siyasətdə hüquqi öhdəliklər səbəbilə məlumatların saxlanıla biləcəyi qeyd olunub.

Qərar insan haqları təşkilatlarının və məxfilik tərəfdarlarının kəskin tənqidinə səbəb olub. Mütəxəssislər bu qərarın təhlükəli presedent yaratdığını deyirlər: belə ki, gələcəkdə hər hansı bir iddiaçı milyonlarla insanın şəxsi məlumatlarının toplanmasını tələb edə bilər.

Xüsusilə həssas mövzularda ChatGPT ilə söhbətlər aparan istifadəçilər narahatdır. Onların bu məhkəmə prosesində öz məlumatlarının istifadəsinə etiraz etmək üçün real hüquqi mexanizmləri yoxdur. Ayrı-ayrı şəxslərin işə müdaxilə cəhdləri isə məhkəmə tərəfindən rədd edilib.

"The New York Times” iddia edir ki, silinmiş söhbətlərin saxlanılması zəruridir, çünki istifadəçilər müəllif hüquqlarını pozduqlarını gizlətmək üçün həmin söhbətləri silə bilərlər. Məxfilik tərəfdarları isə bu fikri rədd edərək bildirirlər ki, əksər istifadəçilər söhbətləri şəxsi təhlükəsizlik baxımından silirlər, qanun pozuntusu məqsədilə deyil.

Tənqidçilər bildirirlər ki, vaxtilə ABŞ-ın kütləvi izləmə proqramlarını ifşa edən bir qəzet — "The New York Times” — indi "NSA-nın belə arzulayacağı” bir məlumat bazasının yaradılmasını tələb edir ki, müəllif hüquqları iddiasında qalib gəlsin.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyul 2025 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri