ABŞ məhkəməsi Trampın USAID əməkdaşlarını məzuniyyətə göndərmək planını dayandırıb
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ məhkəməsi ölkə Prezidenti Donald Tramp administrasiyasının Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi planının bəzi aspektlərini dayandıraraq qurumun məcburi məzuniyyətə göndərilmiş təxminən 2 min 700 əməkdaşına müvəqqəti olaraq işə qayıtmağa icazə verib.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
ABŞ Dairə hakimi Karl Nikolsun qərarı fevralın 14-dək qüvvədə qalacaq. Qərara əsasən, Tramp administrasiyasına bu gündən etibarən, USAID-in təxminən 2 min 200 əməkdaşının ödənişli məzuniyyətə çıxarılması qadağan edilir və artıq ödənişsiz məzuniyyətə buraxılmış 500-ə yaxın işçi yenidən işə bərpa olunur.
Bundan əlavə, məhkəmə administrasiyaya ABŞ-dən kənarda işləyən USAID-in humanitar işçilərinin yerini dəyişməyi qadağan edib.
Nikols fevralın 12-nə təyin edilmiş məhkəmə iclasında qərarların daha uzun müddət qüvvədə saxlanılması ilə bağlı vəsatəti nəzərdən keçirəcək. Qərarında o, həmkarlar ittifaqlarının məhkəmənin müdaxilə etməməsi halında qurum əməkdaşlarının geridönüşü olmayacaq zərərə qatlaşacağına dair əsaslı dəlillər təqdim etdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 08 Fevral 2025 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















