USAID əməkdaşlarını məzuniyyətə göndərir, saytı deaktiv edilib
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“USAID fevralın 7-dən etibarən bütün ölkələrdəki ofislərində çalışan əməkdaşlarını inzibati qaydada məzuniyyətə göndərəcək”.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə məlumat təşkilatın deaktiv edilmiş internet saytında paylaşılıb.
Qeyd edilib ki, fəaliyyətini yalnız təşkilatın fəaliyyəti üçün kritik cəhətdən zəruri funksiyaları yerinə yetirən əməkdaşlar, xüsusi proqramların icrasına cavabdeh şəxslər və rəhbərlik işini davam etdirəcək.
Rəsmi açıqlamada həmçinin USAID-in digər ölkələrdəki əməkdaşlarının 30 gün ərzində bu təşkilatın hesabına ABŞ-yə qayıtması təmin ediləcək və bu zaman onların qarşılaşa biləcəyi çətinliklər, eləcə də tibbi, təhsil və digər zəruri ehtiyacları nəzərə alınacaq.
Qurum həmçinin, zərurət yarandığı halda yenilənmiş məlumatların bütün əməkdaşlara göndəriləcəyini də bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 05 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















