Icma.az
close
up
RU
ABŞ mətbuatı Azərbaycanı İsrailin mühüm müttəfiqi adlandırdı

ABŞ mətbuatı Azərbaycanı İsrailin mühüm müttəfiqi adlandırdı

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan İsrailə dost ölkə olmaqla yanaşı, ABŞ-dən sonra ikinci ən əhəmiyyətli müttəfiqdir. 

"Unikal" xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar ABŞ-nin “Jewish News Syndicate” nəşrində dərc olunmuş “Azərbaycan İsrailin təhlükəsizliyi üçün niyə vacibdir?” adlı məqaləsində yazıb.

Qeyd edilib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər qarşılıqlı hörmət və dostluq əsasında formalaşıb və bu, iki ölkə arasında birgə fəaliyyət, strateji əməkdaşlığın rəmzinə çevrilib. Bildirilib ki, həm Azərbaycan, həm də İsrail üçün faydalı olan bu dostluq əlaqələrini qiymətləndirməmək olmaz. 

Müəllifin fikrincə, Azərbaycan İsrailin Qərb müttəfiqlərindən fərqli olaraq, İsrail-Fələstin münaqişəsinə yanaşması ilə seçilir. Demək olar ki, bütün Qərb ölkələri İsrail terror aksiyalarına cavab verdiyi hallarda belə ona Fələstinlə bağlı təzyiq göstərsə də, Azərbaycan heç vaxt İsrail-Fələstin münaqişəsinin onun İsraillə münasibətlərinə mənfi təsir etməsinə imkan verməyib. 

1990-cı illərin əvvəllərindən Azərbaycanın İsrailin enerji təhlükəsizliyinin əsas təminatçısı olduğu xatırladılıb. Azərbaycanın İsrailə verdiyi neftin bu ölkənin enerji təhlükəsizliyi üçün önəmli olduğu vurğulanıb. Lakin bu tərəfdaşlıqdan yalnız İsrailin faydalanmadığı, Azərbaycanın da İsrail məhsullarını daima aldığı, 2000-ci illərin sonundan Azərbaycanın İsrailin ən böyük silah idxalçısına çevrildiyi diqqətə çatdırılıb.

Məqalədə Azərbaycanın İsrail üçün başqa bir sahədə, yəni Yerusəlim və Ankara arasında vasitəçilikdə də əvəzsiz olduğu qeyd edilib. Müəllif Türkiyə və Azərbaycan xalqlarının özlərini iki dövlətdə yaşayan bir millət hesab etdiyini, Türkiyənin Azərbaycanın ən böyük müttəfiqi olduğunu yazıb. Azərbaycanın həm İsrail, həm də Türkiyə ilə yaxın əlaqələrinin onu hər iki ölkə üçün ideal vasitəçiyə çevirdiyini bildirib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür: 

https://www.jns.org/why-azerbaijan-is-important-for-israels-security/ 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Fevral 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri