ABŞ müvəqqəti olaraq Ermənistana texnika göndərəcək?
Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Silahlı Qüvvələri Almaniyada yerləşən bazalarından avadanlıq və nəqliyyat vasitələrini Ermənistan poliqonlarında yerləşdirməyi planlaşdırır.
"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin dövlət satınalmaları portalını araşdırma çərçivəsində "Russia Today” yayıb.
Bildirilib ki, köçürmə Almaniyanın Dülmen bölgəsindəki bazadan Ermənistandakı Zar bazasına edilə bilər.
Prosesin iyulun 16-dan avqustun 7-nə qədər davam etməsi gözlənilir.
Daşınma üzrə xidmətlərin göstərilməsinə dair tenderdə qeyd olunub ki, avadanlıqların Almaniyaya geri qaytarılması dövrü avqustun 21-dən sentyabrın 20-nə qədər göstərilib.
Müqavilə, həmçinin avadanlıqların Ermənistandakı Armavir təlim poliqonundan Gürcüstanın Poti limanına daşınmasını da nəzərdə tutur.
Qeyd olunub ki, ümumilikdə nəqliyyat vasitələri, generator və konteynerlər də daxil olmaqla 151 ədəd avadanlığın daşınması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 17 Mart 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















