Icma.az
close
up
RU
“ABŞ NATO sammitində Ukraynanın iştirakını məhdudlaşdırmaq istəyir“ “Politico“

“ABŞ NATO sammitində Ukraynanın iştirakını məhdudlaşdırmaq istəyir“ “Politico“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Vaşinqton alyansı əsas missiyaya qaytarmağa çalışır, Kreml isə daha geniş tələblər irəli sürür..."

ABŞ prezidenti Donald Trampın rəhbərliyi altında Vaşinqton NATO-ya xarici missiyaların və qlobal təşəbbüslərin azaldılması üçün təzyiq göstərir. 

Moderator.az xəbər verir ki, bu barədə "politico.com" nəşri yazıb.

Məlumata əsasən, ABŞ alyansın İraqdakı əsas missiyasının dayandırılmasını, Kosovodakı sülhməramlı əməliyyatın ixtisarını, həmçinin Ukrayna və Hind-Sakit okean regionundan olan tərəfdaşların iyulda Ankarada keçiriləcək rəsmi NATO sammit görüşlərinə buraxılmamasını istəyir.

Diplomatların sözlərinə görə, bu yanaşma Ağ Evin NATO-nu daha çox "təmiz" avroatlantik müdafiə ittifaqı kimi görmək istəyi ilə bağlıdır. Alyans daxilində bu təşəbbüs artıq "zavod ayarlarına qayıdış" kimi xarakterizə olunur. Mənbələr bildirir ki, Ukrayna və Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya kimi tərəfdaşlar rəsmi iclaslara deyil, paralel tədbirlərə dəvət oluna bilərlər.

NATO-nun keçmiş sözçüsü Oana Lungescu hesab edir ki, tərəfdaş ölkələrin kənarda saxlanılması alyansın diqqətinin əsas müdafiə məsələlərinə yönəldiyini göstərmək məqsədi daşıya bilər. Eyni zamanda bəzi diplomatlar xarici təşəbbüslərdən imtinanın düzgün yanaşma olmadığını, tərəfdaşlıqların çəkindirmə və müdafiə baxımından vacib rol oynadığını vurğulayırlar.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Tramp müharibənin tez başa çatdırılması üçün ona həddindən artıq təzyiq göstərir və Kiyevdən güzəşt tələb edir. ABŞ-ın mövqeyi ilə bağlı müzakirələr fonunda "The New York Times" yazır ki, Kreml danışıqlardan vaxt qazanmaq üçün istifadə edir və geri çəkilmək niyyətində deyil.

Kremlin yeni şərtləri

Bu arada isə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazıb ki, Rusiya yalnız ərazi güzəştləri ilə kifayətlənməyəcək. Moskva NATO-nun genişlənməməsi ilə bağlı hüquqi zəmanət tələb edir və 2021-ci ilin sonundakı ultimatumlarını yenidən gündəmə gətirir. Bu tələblər alyansın 1997-ci ildən sonra qoşulan üzv ölkələrdə hərbi infrastruktur yerləşdirməməsini və "açıq qapı" siyasətindən imtinanı nəzərdə tutur.

Analitiklərin qənaətinə görə, Kreml ilkin hərbi və siyasi məqsədlərindən geri çəkilməyə hazır olduğunu göstərmir və danışıqlarda bu mövqeyi təkrar etməsi onun daha geniş geosiyasi dəyişikliklər istədiyini nümayiş etdirir.

Beləliklə, bir tərəfdən NATO daxilində prioritetlərin yenidən müəyyənləşdirilməsi müzakirə olunur, digər tərəfdən isə Rusiya müharibənin yekunlaşması üçün daha sərt və sistemli şərtlər irəli sürür. Bu isə sülh prosesinin yalnız Ukrayna ilə bağlı deyil, bütövlükdə Avroatlantik təhlükəsizlik arxitekturası ilə bağlı mübahisəyə çevrildiyini göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri