Politico: ABŞ NATO müttəfiqlərini Roma statutundan çıxmağa çağırıb
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
ABŞ NATO üzrə müttəfiqlərini Roma statutundan çıxmağa və Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarının zəiflədilməsi kampaniyasını dəstəkləməyə çağırıb.
Bu tələb iyulun ortalarında Brüsseldə 32 NATO ölkəsinin səfirlərinin qapalı iclasında səsləndirilib.
Alyansın üç diplomatının məlumatına görə, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker müttəfiqlərə müraciət edərək onları Beynləxalq Cinayət Məhkəməsinin zəiflədilməsinə kömək etməyə və onun əsas sənədi olan Roma Statutundan çıxmağa çağırıb.
"Biz Amerikanı kimin dəstəklədiyini diqqətlə izləyəcəyik", - Uitaker bildirib.
Paralel olaraq ABŞ missiyası NATO ölkələrinin nümayəndə heyətləri arasında Vaşinqtonun Beynləxalq Cinayət Məhkəməsinin imkanlarını zəiflətmək niyyətində olduğunu bildirən sənəd yayıb. Müttəfiqlərə dərhal Roma Statutundan çıxış prosesinə başlamaq təklif olunub.
ABŞ həmçinin alyans ölkələrini məhkəmənin onların özləri üçün yaratdığı təhlükəni qiymətləndirməyə, onun səlahiyyətlərini aşmasını açıq şəkildə qınamağa və hər cür maddi dəstəyi dayandırmağa çağırıb.
NATO Roma Statutunun iştirakçısı deyil, lakin ABŞ və Türkiyə istisna olmaqla, alyansın bütün dövlətləri ona qoşulub.
///report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 10 Sentyabr 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















