Icma.az
close
up
RU
ABŞ nin 10 15 faizlik gömrük rüsumu tətbiqi

ABŞ nin 10 15 faizlik gömrük rüsumu tətbiqi

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, Amerika Birləşmiş Ştatları 150-ə yaxın kiçik ölkədən idxal olunan mallara 10-15 faiz civarında gömrük rüsumu tətbiq etməyi planlaşdırır. Bunu Ağ Ev rəhbəri Donald Tramp deyib. Tramp bildirib: "Biz yerdə qalan 150 kiçik ölkə üçün eyni rüsumları tətbiq edəcəyik. Bu, yəqin ki, 10 faiz və ya 15 faiz olacaq. Hələ bunu tam qərarlaşdırmamışıq".

Qeyd edək ki, Azərbaycan da Amerikaya müəyyən məhsullar ixrac edir. Azərbaycanın ABŞ-a ixrac etdiyi məhsullar geniş çeşidliliyi ilə diqqət çəkir. Metal sənayesindən kənd təsərrüfatına, yüksək texnologiyalı avadanlıqlardan gündəlik istehlak mallarına qədər müxtəlif kateqoriyalara aid məhsullar ABŞ-yə göndərilir.

2024-cü il ərzində ABŞ-yə ixrac olunan məhsulların dəyəri 135 milyon 30 850 dollar təşkil edib. Xüsusilə alüminium ərintiləri, ferrosilisium, polimerlər və kənd təsərrüfatı texnikasının ehtiyat hissələri kimi sənaye malları ixracda mühüm yer tutur. Ağ Evin yeni qərarı 10-15 faizlik gömrük rüsumunun tətbiqi Azərbaycan üçün problem yaradacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, onsuz da Azərbaycan və digər ölkələrə qarşı 10 faizlik rüsum tətbiq olunub: "Sadəcə siyahıdan kənarda qalan ölkələr var idi. Söhbət yəqin ki, bəzi Latın Amerikası, Afrika ölkələrindən gedir. Ümumilikdə 10 faiz rüsum o qədər də təhlükəli deyil. Onsuz da Azərbaycanın Amerikaya ixracı o qədər də böyük rəqəmlərlə ifadə olunmur".

Donald Trampın 150-ə yaxın ölkəyə tətbiq edəcəyi idxal rüsumu geosiyası səbəblər kimi görünsə də, iqtisadi xarakter daşıyır. Dolların zəifləməsi, iqtisadi bazarda istehsal onun məhsullarına qarşı alternativ bazarların yaranması bir növ ABŞ-nin ticari tərəfdaşlarını itirməsi və ya ixrac payında azalma deməkdir. Məlumdur ki, nəhəng iqtisadiyyata malik ölkələr müharibə şəraitindən uzaqlaşaraq iqtisadi sanksiya sərgiləyirlər. Hazırda ABŞ-nin tətbiq etdiyi idxal rüsumunun artırılması da bu iqtisadi sanksiyanın əsas tərkib hissəsidir. İqtisadi sanksiya birdən-birə əsassız, səbəbsiz yerə tətbiq edilmir, onun üçün də ilk növbəbə Rusiya üzərindən təzyiq olundu, bitərəf ölkələrə qarşı iqtisadi təzyiqlər artdı. Bitərəf ölkələr başlıca olaraq Çin, Hindistan, Malaziya kimi iqtisadi nəhəng ölkələr idi. Çin və Hindistan kimi ölkələr üçün ABŞ bazarını itirmək bir o qədər də əhəmiyyət daşımırdı ilk növbədə əsas səbəb odur ki, həmin ölkələrin yetəri qədər ticari tərəfdaşı var, həmçinin də qlobal iqtisadiyyatda alternativ məhsul mövcuddur. Qərarın ABŞ iqtisadiyyatına təsirinə qaldıqda, dolların zəifləməsi, inflyasiya həddinin yüksəlməsi, FED-in uçot siyasətində ola biləcək dəyişikliklər məlumdur. Qərarı tətbiq edən ABŞ bilir ki, zəngin ərəb ölkələri var, hansı ki, əsas gəlir mənbəyi pertoldandır, həmçinin də dolların zəifləməsi iki tərəfli birbaşa və dolayı olaraq həmin ölkələrin iqtisadiyyatına təsir göstərəcək.

Millət vəkili Vüqar Bayramov bildirib ki, ABŞ Prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı fərman imzalayıb. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycanın da olduğunu qeyd edən V.Bayramov deyib ki, ölkəmiz üçün minimal 10 faiz həcmində gömrük rüsumu müəyyən edilib. Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına rəğmən, ölkəmiz okeanın o biri tərəfindən daha çox mal idxal edir. 2024-cü ildə Azərbaycan ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, xarici ticarətdə Birləşmiş Ştatlarla 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikik. Bütün bunlarla yanaşı, ötən il əvvəlki illə müqayisədə ABŞ-dan idxalımız 1.8, Birləşmiş Ştatlara ixracatımız isə 8.4 dəfə artıb. Yəni ixracatımızın az olmasına baxmayaraq, artım dinamikası çox yüksəkdir. Bu, iş adamlarımız üçün ABŞ-nin yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir.

Onun sözlərinə əsasən, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir: "2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-yə ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq, Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil. Birləşmiş Ştatlara qeyri-neft-qaz məhsulları ixracatımıza gəldikdə isə, 2024-cü ildə dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvanların bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları və digər məhsulları ixrac etmişik".

V.Bayramov qeyd edib ki, Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük məbləğdə olmasa da belə, mal qrupları üzrə şaxələnib: "Deməli, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-a ixracata ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər. Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər.  Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanması demək olacaq".

Millət vəkili Azər Badamov hesab edir ki, ABŞ-nin 150 ölkəyə 10-15 faiz rüsum tətbiq etməyi planlaşdırması əsasən bu ölkəyə malları ixrac edən ölkələrin iqtisadiyyatılarını müəyyən çətinliklərlə üzləşdirəcək: "Azərbaycanın ABŞ-a ixracı isə heç də böyük rəqəmlərlə ifadə olunmur. Belə ki, Azərbaycanla ABŞ arasındakı ticarət dövriyyəsi 2025-ci ildə 2,2 dəfə artaraq 461 milyon dollar təşkil edib. Azərbaycandan ABŞ-a ixrac 48 faiz artaraq 24 milyon dollar, ABŞ-dan Azərbaycana idxal isə 2,2 milyon dollar artaraq 436,9 milyon dollar olub. ABŞ-a idxal-ixrac balansımızdan göründüyü kimi, Azərbaycan əsasən ABŞ-dan idxal edir. ABŞ isə ancaq idxala rüsumlar tətbiq edir. Bu baxımdan ABŞ-ın rüsum siyasətinin Azərbaycan iqtisadiyyatına heç də nəzərə çarpacaq təsiri olmayacaq. Amma bu rüsum siyasəti dünya iqtisadiyyatında müəyyən çətinliklərin meydana gəlməsinə səbəb olacaq".

İqtisadçı-ekspert Elman Sadıqovun fikrincə, tarif siyasəti Trampın hansısa kaprizindən doğan addım deyil: "Bir çoxları bunu Trampın kaprizi kimi qiymətləndirirlər. Lakin bu, belə deyil. ABŞ-nin büdcə kəsirinin həcmi 1,8 trilyon dollar təşkil edir, bu il üçün onun 1,9 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu, ölkə ÜDM-nin 6,4-6,5 faizi deməkdir. Bu, anormal həddir. Normalda maksimum hədd ÜDM-in 3 faizidir. İkinci məsələ, ticarət balansında 1,2 trilyon dollarlıq kəsir var və o da ildən-ilə artır. Nəhayət, üçüncü məsələ, ABŞ-nin dövlət borcu 36 trilyon dollara çatır. Tramp bu xəstəliyin səbəblərini göstərib: ucuz işçi qüvvəsinə görə şirkətlər istehsal müəssisələrini xarici ölkələrə köçürüblər, oradan istehsal olunan məhsullar rüsumsuz ABŞ-a idxal olunur. Beləliklə, ABŞ-nin istehsalı azalır, yaxud zəruri səviyyədə artmır. Digər tərəfdən, texnologiyalara, texnoloji yeniliklərə o qədər aludə oldular ki, real istehsalı və emalı tamam unutdular. Asiya ölkələri - Çin, Cənubi Koreya, Yaponiya bunu etmədi. ABŞ və Avropa isə istehsal və emalı dayanıqlı məşğulluğun, iqtisadi artımın, makroiqtisadi sabitliyin qarantı kimi gözardı etdilər, indi də acı nəticələrini yaşayırlar. Bir sıra digər ölkələr də onlara baxıb sırf texnoloji inkişafa kökləniblər".

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, onlar növbəti il üçün dövlət büdcəsi hazırlayıblar: "Burada belə kiməsə qarşı yönələn xüsusi bir qərar məsələsi yoxdur. Orada yeni büdcə paketində vergi güzəştləri nəzərdə tutulub. Eyni zamanda bir sıra istiqamətlərdə xərclərin artımı nəzərdə tutulub. Tariflərin nəticələri orda əks olunur. Burada iki məqam var. Birincisi, dövlət borcunun iki məqamda artacağı gözlənilir. Düzdür, respublikaçılar hesab edir ki, dövlət borcu artmayacaq. Əksinə, azalacaq. Amma proqnoz edirlər ki, ilkin məqamda dövlət borcu artacaq. Bu, bir qədər dolların son zamanlarda ucuzlaşmasına səbəb olan məqamlardan biridir. İkinci məsələ isə Amerika iqtisadiyyatına bundan sonra da beynəlxalq investorların marağı yüksək olaraq qalacaq. Xüsusi bir problem ortaya çıxmayacaq. Əsas hazırda dolların mövqeyi ilə bağlı məsələləri daha çox ticari müharibələrə təsir göstərir".

Ekspert qeyd edib ki, bu büdcə qanununun xüsusi təsiri olmayacaq: "Müəyyən təsirləri var. O da artıq dolların məzənnəsində öz əksini tapıb. Bu məsələlərin Azərbaycana xüsusi bir təsiri yoxdur. Əsas Azərbaycanın marağı neftin qiymətlərinin yüksək qalmasıdır. Bu qanunda yox, başqa digər tədbirlərlə Tramp hakimiyyəti neftin qiymətini aşağı salmaq istəyir. Bunun mənfi təsirləri ola bilər. Bu, ABŞ dövlətinin büdcəsidir. Onlar özlərinə büdcə düzəldir. Müəyyən prosedurlardan keçir. Bu, Azərbaycanda da sentyabrda olacaq".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see265

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see229

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see180

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see165

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see163

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see142

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see141

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

21 İyul 2025 22:03see122

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see121

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see120

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see118

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see118

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see116

Burak Kuruluş Osman dan gedir

21 İyul 2025 23:14see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri