Icma.az
close
up
RU
ABŞ nin Almaniyadan Qərbə verdiyi mesajlar: Avropa özünü müdafiə etməyə hazırlaşsın

ABŞ nin Almaniyadan Qərbə verdiyi mesajlar: Avropa özünü müdafiə etməyə hazırlaşsın

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Münhen Konfransındakı çıxışında Avropa liderlərini sərt şəkildə tənqid edərək, onları ifadə azadlığını pozmaqda ittiham edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını "uyğun siyasi tərəfdaş" olaraq dəstəklədiyini söyləyən Vens bildirib ki, demokratiya xalqın səsinin vacib olduğu müqəddəs prinsipinə əsaslanır. Bu qitədə heç bir seçici seçkiyə getmədi və milyonlarla immiqrantın qapılarını açmadı.

Almaniya kansleri Olaf Şolts isə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Almaniya üçün Alternativ (AfD) partiyasını dəstəkləyən açıqlamalarına sərt reaksiya verib. Şolts deyib ki, AfD-nin lehinə demokratiyaya, seçkilərə və demokratik rəy formalaşmasına müdaxiləni qəbul etməyəcəklər:

"Bu, tamamilə yersizdir, xüsusən də dostlarımız və müttəfiqlərimiz arasında bunu necə davam etdirəcəyimizə qəti şəkildə qərar verəcəyik".

Almaniyada ümumi seçkilər fevralın 23-də keçiriləcək.

Deputat Rasim Musabəyov Bakıvaxtı.az-a deyib ki, bu çıxışlarda iki əsas mesaj var. 

Onun sözlərinə görə, əsas mesaj odur ki, Avropa hamıya dərs keçməyə çalışır, amma özü demokratiyadan uzaqlaşır: 

"ABŞ-nin vitse-prezidenti Cey Di Vens Almaniyada Alternativ partiyasından danışıdı, dəstəyini ifadə etdi. Solçular, sosial-demokratlar, Frank-Valter Ştaynmayer, Olaf Şolts və başqaları Münhendə öz təbliğatlarını aparmaq istəyirdilər. Çünki 10 gündən sonra seçkilər keçiriləcək. Amma ABŞ-nin vitse-prezidenti açıq şəkildə Almaniyanın Alternativini dəstəklədi. Almaniya rəsmiləri buna qəzəbləndilər, dedilər ki, bu, ölkənin daxili işlərinə qarışmaqdır. Bəs nə oldu? Siz Gürcüstanda müxalifəti utanmadan iqtidara qarşı aksiyaya səsləyəndə, deputatlarınız, komitə rəhbərləriniz aksiyalarda iştirak edəndə ölkənin daxili işlərinə qarışmırsız? Fondlarınız müxtəlif maliyyə yardımları ilə bir ölkənin daxili işlərinə müdaxilə etmirsiniz? Ancaq Vensin, yaxud Maskın hansısa sözləri daxili işlərə qarışmaq olur". 

Rasim Musabəyov: Avropa hamıya dərs keçməyə çalışır, amma özü demokratiyadan uzaqlaşır

Müsahibimiz vurğulayıb ki, digər mesaj isə odur ki, Avropa özünü müdafiə etməyə hazırlaşsın: 

"Pentaqon rəhbəri dedi ki, ABŞ NATO-da Ukraynanın yerini görmür. Bunlar Avropaya ciddi mesajlardır. ABŞ tələb edir ki, əgər Avropa dünya siyasətində yerini, sözünü qorumaq istəyirsə, zəhmət çəkib müdafiə xərclərini 3.5 faizə çatdırsın. İndi deyirlər ki, ABŞ Avropanı Ukrayna-Rusiya danışıqlarından kənarda qoyur. Əcəb edib qoyur. "Normand formatı"nda Fransa prezidenti, Almaniya kansleri, Rusiya və Ukrayna rəhbərləri iştirak edirdilər. Amma 8 ildə müzakirələrin heç bir nəticəsi olmadı. Nəticə müharibə oldu. Əgər Ukraynaya lazımı qədər və sonadək yardım etməyəcəkdilərsə, onda vaxtında Zelenskiyə deyərdilər ki, sazişə əməl etsin, müharibə baş verməsin. İllərdir kənardan baxırlar, indi də deyirlər ki, niyə danışıqlarda onlar yoxdur?"

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Fevral 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri