Icma.az
close
up
RU
ABŞ nin atəşkəs təklifi: Sülh, yoxsa strateji hesab?

ABŞ nin atəşkəs təklifi: Sülh, yoxsa strateji hesab?

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Atəşkəs barədə ABŞ-Ukrayna birgə bəyannaməsinin mətni bizə tam əminliklə belə bir fikri səsləndirməyə əsas verir ki, Rusiya tərəfi atəşkəs təkliflərini qəbul etməyəcək və ya qarşılıqlı şərtlər irəli sürərək həmin şərtlərə Ukrayna tərəfinin mövqeyinin açıqlanmasını gözləyəcək”.
Bu sözləri Demokrat.az-a danışan  politoloq  Elşən Manafov bildirib.
O qeyd edib ki, Ukraynaya hərbi dəstək vermək barədə mövqeyindən ABŞ artıq geri çəkilib:
“Üstəlik, kəşfiyyat mübadiləsi ilə bağlı məlumatların yenidən Kiyevə ötürüləcəyi məlum olub. Bu isə ABŞ-nin sülh istəyi ilə bağlı mövqeyinin qeyri-səmimiliyindən xəbər verir. Sülh istəyən tərəf münaqişə tərəflərinə münasibətdə obyektiv mövqe sərgiləyib, onlardan birini silahlandırmamalıdır. Rusiya prezidenti Vladimir Putin hələ ötən ilin iyunun 14-də bildirmişdi ki, Ukrayna NATO-ya üzv olmayacağı barədə öhdəlik götürdükdən və Zaporojye, Xerson, Donetsk, Luqansk vilayətlərindən qoşunlarını tam çıxardıqdan sonra Rusiya atəşkəs barədə razılığa gələ bilər. Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə bu günlərdə bəyan etdi ki, NATO sülhməramlı qüvvə adı altında hərbi kontingentini Ukrayna ərazisinə yeridəcəyi təqdirdə Rusiya bunu NATO tərəfindən öz dövlət suverenliyinə birbaşa təhdid kimi qəbul edəcək və təhlükəsizlik maraqlarından çıxış edərək adekvat qərarlar qəbul etmək hüququnu özündə saxlayacaq”.
Politoloq onu da qeyd edib ki, Ukraynanın hazırkı şəraitdə atəşkəs rejiminə hazır olması barədə mövqeyi tamamilə anlaşılandır:
“Hazırda Ukrayna hərbi qüvvələri Kursk vilayətində tamamilə mühasirə vəziyyətindədirlər. Rusiya xüsusi təyinatlılarının keçirdiyi "Boru" əməliyyatı nəticəsində Kurskda Ukrayna silahlılarının təchizatında mühüm rol oynayan Sudja şəhəri ruslar tərəfindən mühasirəyə alınıb və onun çökəcəyi gün məsələsidir. Digər tərəfdən, Kurskun üçdə ikisi artıq Rusiya tərəfindən azad olunub və Kiyev atəşkəs istəməklə burada Rusiyanın müzəffər hərbi yürüşünün qarşısını almaq üçün vaxt qazanmağa çalışır. Atəşkəs istəyən Kiyevin bir gün əvvəl dronlarla Moskva ətrafında mülki əhalinin yaşadığı binalara zərbə endirmək cəhdi isə qeyri-adekvat təsir bağışlayır. Tramp administrasiyası isə Ukraynanın bahalı metallarla zəngin torpaqlarına lisenziyanı təsdiq edən müqavilənin imzalanmasına nail olduqdan sonra Zelenski hökumətini yenidən öz himayəsinə almağı qət edib. Avropa Birliyini narahat edən də məhz budur. Avropa Ukraynaya hərbi dəstəyi bərpa etmək adı altında bundan sonra da ABŞ-nin Avropanın təhlükəsizliyini qoruyacağına Trampdan zəmanət almağa çalışır. Çünki Avropada yaxşı başa düşürlər ki, ABŞ-nin maliyyə və hərbi dəstəyi olmadan Rusiyaya qarşı müharibənin davam etdirilməsinin perspektivi yoxdur. Hazırda tərəflər Rusiyanın atəşkəslə bağlı təkliflərə hansı mövqedən yanaşacağını gözləyirlər. Düşünürük ki, Rusiyanın etibarlı dəlil və sənədlər olmadan Qərbə inanması üçün əsaslar yoxdur. Rusiya artıq bir neçə dəfə Qərbin vədlərinə inanaraq geri addım atıb. Bunu Suriyada, Əsədin İdlibi azad etməsinə mane olunduğu zaman müşahidə etdik. Nəticə etibarilə, Qərb və Türkiyə Rusiyanın güzəştlərindən istifadə edərək Suriyada vəziyyəti öz xeyirlərinə dəyişə bildilər. İstanbul danışıqları zamanı da Rusiyanın Türkiyəyə güvənməsi və etibar etməsi onunla nəticələndi ki, Rusiya Kiyevin həndəvərindən qoşunlarını geri çəkdi və nəticədə müharibə Qərbin və Ukraynanın xeyrinə uzandı. Hazırkı şəraitdə Rusiya ancaq qarşılıqlı şərtlər irəli sürərək, onlara münasibətdə Ukrayna və Qərbin necə hərəkət edəcəyindən asılı olaraq ABŞ-nin atəşkəslə bağlı təkliflərinə münasibət bildirəcək”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Mart 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri