ABŞ nin atom sualtı qayığının İslandiyaya ilk tarixi gəlişi: Qərarın arxasında nə dayanır?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-yə məxsus "Los-Anceles" tipli "USS Newport News" atom sualtı qayığı ilk dəfə İslandiya limanına daxil olub.
Oxu.Az bu barədə "Business Insider"ə istinadla xəbər verir.
Bildirilir ki, bu addım Rusiyanın Arktikadakı artan hərbi fəallığı ilə bağlı ABŞ və NATO-nun narahatlığı fonunda atıla bilər.
Avropa və Afrika üzrə ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Styuart Manç bildirib ki, bu hadisə ABŞ tərəfinin regionda mövcudluğunu nümayiş etdirən strateji siqnaldır.
"ABŞ-nin əvvəl sovet, daha sonra isə Rusiya sualtı qayıqlarının əməliyyatlarını izləmələri üçün onilliklər ərzində orada bazası olub", - deyə Manç vurğulayıb.
Məqalədə qeyd olunub ki, ABŞ İslandiyanı Arktika strategiyasının mərkəzi elementi hesab edir.
Baxış sayı:95
Bu xəbər 10 İyul 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















