ABŞ nin aviadaşıyıcı zərbə qruplaşması İran sahillərinə yaxınlaşır AÇIQLAMA
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsini Ejen bildirib ki, İranda etiraz aksiyaları zamanı saxlanılan şübhəlilərlə bağlı məhkəmə prosesləri sürətlə keçirilməli və onlar tezliklə edam edilməlidir. Digər tərəfdən, ABŞ açıqlamışdı ki, etirazçılara müdaxilə olunarsa, özü İrana qarşı hərəkət edəcək. Lakin hələlik belə bir hal baş verməyib, İranda isə etirazçılara qarşı zorakılıq və ölüm hallarının davam etdiyi bildirilir.
Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, İranda aksiyalar zamanı saxlanılan şübhəli şəxslərlə bağlı qərarların icra edilməsi ABŞ-nin hərbi müdaxiləsi üçün şərait yaradacaq.
Onun sözlərinə görə, baş verən proseslər onu göstərir ki, ABŞ hərbi müdaxilə planlarından, ən azı hava zərbələrindən imtina etməyib:
"Məhz bu məqsədlə də ABŞ-nin aviadaşıyıcı zərbə qruplaşması İran sahillərinə yaxınlaşır. Ali Məhkəmənin rəhbəri Qulamhüseyn Möhsini Ejenin dedikləri birbaşa olaraq İsrail və ABŞ-nin maraqlarına xidmət edən açıqlamadır. İranın xarici işlər naziri Abbas Əraqçi isə edamların həyata keçirilməyəcəyini bildirir ki, bu da ABŞ-nin hərbi müdaxiləsinin qarşısının alınmasına yönəlik bir addımdır".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















