Icma.az
close
up
RU
ABŞ ın aviadaşıyıcı gəmisi Venesuela sahillərinə yaxınlaşır: Regionda gərginlik artır

ABŞ ın aviadaşıyıcı gəmisi Venesuela sahillərinə yaxınlaşır: Regionda gərginlik artır

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ-ın ən müasir aviadaşıyıcı gəmisi "USS Gerald R. Ford" yaxın günlərdə Venesuela sularına çatacaq. Son onilliklər ərzində Latın Amerikasında görünməmiş bu hərbi güc nümayişi bölgədə ciddi narahatlıqlar yaradıb.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər ABŞ hərbi təyyarələrinin "Ford" gəmisindən havaya qalxaraq Venesuela daxilində hədəfləri vurub-vurmayacağı barədə fərqli fikirlər səsləndirirlər. Lakin istər mümkün zərbələr, istərsə də narkotik qaçaqmalçılığına qarşı əməliyyat adı altında Karib dənizində patrul fəaliyyəti olsun, nəhəng aviadaşıyıcının təkcə orada olması belə Vaşinqtonun mesajı kimi qəbul edilir.

“Bu, ABŞ hərbi gücünün Latın Amerikasına qayıdışının rəmzidir”, – deyə "International Crisis Group"un analitiki Elizabet Dikinson bildirir. Onun sözlərinə görə, region ölkələri və xüsusilə Venesuelada bu addım ciddi təşvişlə izlənilir.

Pentaqon rəhbəri Pit Heqset yeni missiyanı rəsmən “Operation Southern Spear” adlandırıb. Nazir "Ford" gəmisinin gəlişi ilə regionda ABŞ dəniz qüvvələrinin sayı təxminən bir neçə donanma gəmisi və 12 min hərbçiyə çatacğını boldirib.

Tramp administrasiyası bunu "narkotiklə mübarizə əməliyyatı" kimi təqdim etsə də, çoxları bunun əslində Karakas rəhbərliyinə siyasi təzyiq olduğunu düşünür. ABŞ-ın bölgədə son aylarda həyata keçirdiyi bombardman təlimləri, Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuela daxilində açıq şəkildə icazələndirilmiş əməliyyatları və dənizdə aparılan hücumlar nəticəsində 75-dən çox insanın öldüyü bildirilir.

Dövlət katibi Marko Rubio rəsmi olaraq əməliyyatın narkotik qaçaqmalçılarına qarşı yönəldiyini desə də, eyni zamanda Maduro hökumətini “narkoticarətə açıq dəstək verən” və legitim sayılmayan qurum adlandırıb.

Bir çox analitiklərin fikrincə, "USS Gerald R. Ford"un bölgəyə göndərilməsi açıq şəkildə "rejim dəyişikliyi" mesajı daşıyır.

Dikinson bildirir ki, aviadaşıyıcı narkotik ticarəti ilə mübarizə üçün real taktiki üstünlük vermir: “Bu addım Karakasa təzyiq göstərmək məqsədi daşıyır. ABŞ bu gəmini göndəribsə, niyyəti ciddi ola bilər”, - deyə qeyd edib.

Hudson İnstitutunun analitiki Brayan Klark isə hesab edir ki, administrasiya bu miqyaslı gücü bölgəyə yalnız lazım olacağı halda göndərərdi: “Əgər Maduro yaxın bir-iki ayda geri çəkilməsə, ABŞ bəzi hərbi əməliyyatlar aparmağa hazır görünür”, - deyə o əlavə edib.

Karakas ABŞ-ın mümkün müdaxiləsinə qarşı ölkədə iki gün davam edən genişmiqyaslı döyüş hazırlığı elan edib.

Venesuela müdafiə naziri Vladimir Padrino López bəyan edib ki, ordu “quru, hava, dəniz və raket sistemləri” ilə tam hazır vəziyyətə gətirilir. Dövlət televiziyası ölkə boyunca hərbi birləşmələrin səfərbər edildiyini nümayiş etdirib.

Maduro isə ABŞ-ın məqsədinin onu hakimiyyətdən devirmək olduğunu iddia edir. ABŞ tərəfindən dəstəklənən Venesuela müxalifəti də bu vəziyyətdə “hakimiyyət dəyişikliyinin yaxın olduğunu” bildirir.

ABŞ Konqresində və beynəlxalq hüquq təşkilatlarında əməliyyata qarşı etirazlar səslənsə də, Senat Respublikaçıları Trampın Venesuelaya hərbi zərbə endirməsini məhdudlaşdıracaq qanun layihəsini rədd ediblər.

Hərbi ekspert Mark Kansian bildirib ki, "Ford" kimi strateji önəmli gəminin Karib dənizində uzun müddət saxlanması ABŞ üçün çətin ola bilər. Çünki bu dərəcədə güclü hərbi resurs başqa bölgələrdə – məsələn, Yaxın Şərqdə – daha çox lazım ola bilər.

Bölgənin taleyi qarşıdakı günlərdə Tramp administrasiyasının atacağı addımlardan və Karakasın verəcəyi reaksiyadan asılı olacaq.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri